Çərşənbə , 28 Oktyabr 2026
Drone Cameras

Tovuzda 6 kəndi dolu vurdu – Sakinlərə dəymiş ziyan hesablanır

Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub. Bu barədə Trend-ə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıxheybət, Muncuqlu, Qoşa, Pələkli və Çataq kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ciddi ziyan dəyməyib.

Check Also

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir