Şənbə , 20 Aprel 2024
Drone Cameras

Nazir: Qobustan Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub

Keçən il Qobustan Milli Tarix Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Qobustana gələn turistlərin sayı ötən dövrlərə nisbətən xeyli çoxalıb:

“Bu gün paleolit dövründən qalan qayaların üzərində yazılan yazılar, rəsmlər dünyada çox nadir hallarda tapılır. Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə daxil olaraq bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin ilk məkanları olan torpaq, yer Azərbaycanda yerləşir”.

Nazir əlavə edib ki, bütün turist şirkətləri Qobustana səfəri öz turizm paketlərinə daxil edirlər.

Ə.Qarayev deyib ki, Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir