Cümə , 26 Aprel 2024
Drone Cameras

Heydər Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib

Heydər Əliyev Fondu Cibuti Republikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib.

Fonddan Trend-ə verilən məlumata görə, bununla bağlı Cibuti Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi xəstəxanasında tibbi avadanlıqların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.

Heydər Əliyev Fondunun nümayəndə heyəti Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə görüşüb. Görüş zamanı nazir hədiyyə olunmuş tibbi avadanlıqların ölkədə pediatriya xidmətinin güclənməsinə təkan verəcəyini qeyd edib və bu dəstəyə görə Azərbaycan xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir