Cümə , 27 Fevral 2026

Dünya

“Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq.”

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq. Bu barədə Trend-ə açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib. Millət vəkili bildirib ki, bu cür qara qüvvələr dəfələrlə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addımlar atsalar da, onların bu cəhdləri iflasa uğrayıb: “Birincisi, Əfqan Muxtarlının Gürcüstanda saxlanılması barədə məlumatlar təsdiqlənməyib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilən …

Read More »

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”in loqotipi tərtib olunub

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunub. Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. “BUTA AIRWAYS”in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir. Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“BUTA AIRWAYS” AZAL QSC-nin …

Read More »

Naxçıvanda səfərdə olan KİV rəhbərləri Ordubadın tarixi abidələri ilə tanış olublar

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyəti bu gün Ordubad şəhərində olub. APA-nın xəbərinə görə, nümayəndə  heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində 17-ci əsrə aid Qeysəriyyə Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub. Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib. Muzeylə tanışlıqdan sonra nümayəndə heyəti akademik Yusif Məmmədəliyevin Ev …

Read More »

AZƏRTAC və “Sinhua” arasında birgə layihələrin reallaşdırılması müzakirə olunub

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Çinin “Sinhua” agentliyi əməkdaşlığı genişləndirmək və birgə layihələr həyata keçirməklə bağlı razılaşma əldə ediblər. Bununla bağlı müzakirələr Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və “Sinhua”nın vitse-prezidenti Can Sutan arasında iyunun 2-də keçirilən görüşdə aparılıb. Baş direktor Aslan Aslanov AZƏRTAC ilə “Sinhua”nın uzun müddətdir səmərəli əməkdaşlıq etdiyini, sıx informasiya mübadiləsi apardığını, …

Read More »

Qarabağda müharibə ssenarisi: “Azərbaycan dərhal Naxçıvandan zərbə endirəcək…”

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsinə dair növbəti irihəcmli hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması heç vaxt olmayan qədər yaxındır. Münaqişə ətrafındakı siyasi vəziyyəti, beynəlxalq diplomatik səyləri və mümkün hərbi ssenarini təhlil edən analitiklər 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqların dayandırıldığını, yeni irimiqyaslı müharibə riskinin isə durmadan artdığını bildirirlər. …

Read More »

Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyunda hava şəraitindən ehtiyatlanır

Şimali İrlandiya milli komandası Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında isti hava şəraitindən ehtiyatlanır. “Report”un məlumatına görə, britaniyalılar Bakıdakı iqlim şəraitinə uyğunlaşmaq üçün görüşdən əvvəl Türkiyədə dörd günlük təlim-məşq toplanışı keçməyi qərara alıblar. Lakin toplanışın hansı şəhərdə olacağı açıqlanmır. Baş məşqçi Maykl O`Nil bildirib ki, Azərbaycanla görüş ilin bu vaxtında səfər etmələri baxımından ən əlverişsiz oyundur. …

Read More »

“Ulduz” Şokolad Fabriki Asiyanın ən iri sərgisində “Made in Azerbaijan” brendi ilə böyük marağa səbəb olub

Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib. E.Allahverdiyevin sözlərinə görə fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edir. Fabrik rəsmisi Ulduz şokolad …

Read More »

Nəvə Yüsif Məmmədəliyev haqqında Prezidentin sərəncamı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib. Yeni sərəncama görə, administrasiyaya gənclər siyasəti və idman məsələləri şöbəsinə Yusuf Məmmədəliyev müdir təyin olunub.  Boyukmillet.com məlumatına görə, yeni şöbə müdiri, dünya şöhrətli alim, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusif Heydər oğlu Məmmədəliyevin nəvəsidir. O, babasının adını daşıyır.

Read More »

AzTA: Azərbaycanda turizm müəssisələrinə nəzarət mexanizmi yaradılmalıdır

Azərbaycanda turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir: “Hostellərin sayı yalnız vergilər orqanlarında olur. Bu, düzgün deyil. Necə ola …

Read More »

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqlar üçün şənlikdə iştirak edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti şənlik təşkil edib. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Bakıdakı 1 saylı uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində keçirilən şənlik həm də bu uşaq evinin sakinlərinin yay düşərgəsinə köçməsi və mövsümün açılışı ilə əlamətdar oldu. Uşaq evinin sakinləri bu …

Read More »