Şənbə , 27 İyul 2024
Drone Cameras

Əli Orucov Ramil Usubova müraciət etdi: “Polis mayoru azyaşlı oğlumun nömrəsini necə əldə edib?

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri, tanınmış siyasətçi Əli Orucov  daxili işlər naziri Ramil Usubova media vasitəsilə müraciət edib. Boyukmillet.com həmin müraciəti olduğu kimi təqdim edir:

“Bu gün saat 12:53-də Suraxanı RPİ, 31-ci Polis Bölməsinin özünü cinayət-axtarışdan polis mayoru Rauf Məmmədov kimi təqdim edən şəxs 077 306 63 33 mobil telefon nömrəsindən mənə zəng edərək yarım saat ərzində heç bir səbəb demədən bölməyə gəlməyimi tələb etdi. Əks təqdirdə zorla gətirəcəklərini söylədi. Amma sonra məlum oldu ki, həmin polis mayoru məndən əvvəl 13 yaşlı oğluma zəng edib mənim telefon nömrəmi ondan alıb və onu narahat edib, qorxudub. Nə mənim, nə də uşaqlarımın həmin əraziyə heç bir aidiyyatı yoxdur. Maraqlıdır ki, həmin polis mayoru azyaşlı oğlumun mobil telefon nömrəsini hardan və necə əldə edib və mənim telefon nömrəmi niyə ondan soruşur, onu narahat edir? Bunu mən özümə və ailəmə təzyiq kimi qiymətləndirirəm və müvafiq qurumlardan bu özbaşınalığa aydınlıq gətirilməsini tələb edirəm. Cənab Nazir Ramil Usubovdan da xahişim ondan ibarətdir ki, mənim və ailə üzvlərimin qanunsuz olaraq hüquq-mühafizə orqanları tərəfindən təqibinə son qoyulsun”.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir