Rusiyanın Baş naziri Dmitri Medvedyev türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb. Trend-in məlumatına görə, görüş İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Nazirlər bir-birini salamladıqdan sonra mətbuat nümayəndələrinin iştirakı olmadan danışıqları davam etdiriblər.
Read More »Hökumətin ixtisarları FHN-dən başladı — Nə baş verir?
Hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlar İslamiada yekunlaşdıqdan dərhal sonra başlanacaq. Bu haqda xəbəri musavat.com yayıb. Qəzetə məlumat verən mənbə iddia edib ki, əksər nazirlik və komitələr bir neçə aydır ki, ixtisarlarla əlaqədar olaraq bağlı qapılar arxasında müzakirələr aparır, hansı idarə və müəssisələrin ləğv ediləcəyi, hansılarının birləşdiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Mənbə deyib ki, bu gizliliyin bir neçə səbəbi var. Əsas …
Read More »Ermənilər 28 mayda Bakıya qarşı təxribat hazırlayır
Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə – 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır. APA-nın məlumatına görə, Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar. Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər. Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev APA-ya bildirib ki, azərbaycanlı gənclər məsələdən …
Read More »Mədət Quliyevin casuslarla bağlı açıqlamasının pərdəarxası
Təhlükəsizlik eksperti: “Əsas məqsəd o olub ki…” Günlərdir Azərbaycan ordusunda baş verən casus qalmaqalı ətrafında ictimaiyyətdə müzakirələr davam edir. Orduda düşmən tərəfə işləyən casus zabitlərlə bağlı mətbuatda da müxtəlif məlumatlar, şərhlər verilir. Rəsmi qurumların isə yaydıqları məlumata görə, casus şəbəkəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev açıqlama verərkən vurğulayıb ki, əslində onlar …
Read More »Sabir Rüstəmxanlıdan güneyli saz ustası Çingiz Mehtipura dəstək!
DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədə öz səhifəsində təbrizli saz ustası Çingiz Mehtipurla bağlı yazı paylaşıb. Xalq şairi hər kəsi Ç.Mehdipurun konsertində fəal iştirak etməyə dəvət edib: “May ayının 24-də Heydər Əliyev sarayında Güney Azərbycanın böyük sənətkari, bənzərsiz saz ustası Çingiz Mehtipurun və onun başçılıq etdiyi musiqi qurupunun möhtəşəm konserti olacaqdır. Təbrizin səsini dinləyəcəyik! “Arsax,Arsax!” deyib mələyən erməni …
Read More »Ərdoğandan Ermənistan nümayəndəsinin çıxışına sərt reaksiya
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) İstanbulda keçirilən zirvə toplantısında Ermənistan xarici işlər nazirinin köməkçisi Aşot Hovakimyanın çıxışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub. A. Hovakimyan çıxışında bildirib ki, Azərbaycan tərəfi siyasi günahlandırmadan əl çəkməlidir. O deyib ki, QDİƏT siyasi təşkilat deyil və bu məsələlər burada müzakirə olunmamalıdır. A. Hovakimyanın çıxışından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan …
Read More »Gülən Ərdoğanın şərəfinə yazdı: ABŞ-a hələ də “işə yarayaram” MESAJI
FETÖ terror təşkilatının rəhbəri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən “The Washington Post” qəzetində məqalə ilə çıxış edib. Məqalə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri və prezident Donald Trampla görüşünə həsr olunub. Bəzi məlumatlarda həmin danışıqlarda prezident Ərdoğan amerikalı həmkarından 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan F.Gülənin saxlanılaraq təhvil verilməsini istəyib. Dövlət başçılarının görüşünün …
Read More »Xalq şairi 71 yaşını Almaniyada qarşılayır
Dünən gecədən çox insan zəng vurub, təbrik edib. Bu sözləri Teleqraf.com saytına açıqlamasında Sabir Rüstəmxanlı deyib. Xalq şairi bildirib ki, hazırda Almaniyadadır: “Almaniyada Güney Azərbaycan məsələlərinə həsr olunmuş konfransdayam. Almaniyanın müxtəlif şəhərlərindən, İsveçdən, Türkiyədən, Bakıdan gələn insanlarla bir aradayam. Elə indilərdə konfransımız başlayacaq. Ad günümü də bu şəraitdə keçirirəm. Almaniyada olan qohum-əqrəba ilə də görüşmüşəm. Mənim üçün ən gözəl ad günü millətimizin …
Read More »“O, MİLLİ KİMLİYİN SİMVOLLARINDAN BİRİDİR…”
70 illik imperiyanın çöküşü üçün döyüşən şair 71 yaşda… –BİOQRAFİYA/ RƏYLƏR Bu gün Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında möhrünü vurmuş istiqlalçı deputat, Xalq hərəkatının əsas fəallarından biri, xalq şairi Sabir Rüstəmxanlı 71 yaşını qeyd edir. BakiPost.az xəbər verir ki, 71 illik bioqrafiyasında uzun, gərgin və kataklizmlərlə dolu bir həyat yaşamış Vətəndaş Həmrəyliyi Partiyasının lideri S.Rüstəmxanlını bütün həyatını Azərbaycana və ədəbiyyata …
Read More »GENERAL MƏDƏT QULİYEVİN PORTRET CİZGİLƏRİ
Azərbaycan Milli Təhlükəsizlik Xidmətinin rəisi general Mədət Quliyev oturuşmuş adətlərə, qayda-qanunlara sözsüz əməl edənlərdəndi. Çoxları öz gözləri ilə şahiddi ki, o, yas məclislərinə də gedir, toy-büsatlara da. Ancaq yeri gələndə, bu oturuşmuş adətlərə bir başqa, tamam yad bucaqdan baxmağı da bacarır. Qanrılıb qəfil geri baxmağı da, inanın, çox yaddaqalan, kinematoqrafik bir səhnədir.Misal üçün, xalqımızın 20 Yanvar şəhidlərinin məzarlarının ziyarətində Mədət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar