Bazar , 7 Dekabr 2025

Dünya

Ermənilərin Brüsseldə keçirdiyi aksiya dağıdıldı

Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə razı olmayan ermənilərin aksiyası dağıdılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, hadisə Belçika, həmçinin Aİ-nin siyasi paytaxtı Brüsseldə olub. Məlumata görə, razılaşdırılmış mitinqin iştirakçıları şəhər küçələrini bağlamağa başlayıb. Hadisə yerinə gələn polis nümayişçilərə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymayıb. Polis onları su şırnağı ilə dağıdıb.

Read More »

İlham Əliyev Putinlə telefonla danışdı

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər. Prezident İlham Əliyev və …

Read More »

Bu gün Azərbaycan Ordusu irəliləyərək yeni dayaq məntəqələrini azad edib

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.  Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Read More »

Paşinyan növbəti dəfə rəzil duruma düşdü

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt oldu. Boyukmillet.com xəbər verir ki, bundan əvvəl BBC-nin “HARDTalk” proqramında özünü rüsvay edən Paşinyan bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilməyərək rəzil duruma düşdü. Ermənistanın baş naziri hər müsahibəsində məntiqsiz, absurd, bir-birinə tamamilə zidd olan fikirlər söyləməklə artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul …

Read More »

Ermənilər Tərtəri yenə atəşə tutub

Cəbhədə döyüşlər davam edir.  Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.  Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.  Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.  Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, …

Read More »

Azərbaycan XİN həmsədr ölkələrin bəyanatına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirib.  XİN-dən “Report”a verilən məlumata görə, açıqlamada bildirilir:  “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son …

Read More »

Makrondan qalmaqallı açıqlama: “İslam böhran içindədir”

Fransa prezidenti Emmanuel Makron İslamın bütün dünyada böhran içində olduğunu, bunun təkcə Fransada müşahidə olunmadığını bildirib. Boyukmillet.com xəbər verir ki, E.Makronun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Artıq “islamçı radikalizm” ifadəsi əvəzinə məhz İslam dininin ittiham edilməsi müsəlmanlar arasında böyük narazılıq yaradıb. Fransada dövlətin sekulyarizmin müdafiəsi və İslamın “liberallaşdırılması” siyasətinə başlayacağı deyilir. Xatırladaq ki, Fransada məktəblərə hicabla gəlmək, …

Read More »

Ərdoğan: “İşğala əvvəllər səssiz qalanlar indi ikiüzlü vəziyyətdədir”

“Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlüdür”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur. Azərbaycanlı qardaşlarımızın işğal altındakı ərazilərini azad etmə məsələsində yanlarında olduğumuzu bir daha qeyd edirəm. Xüsusilə Minsk üçlüsü deyilən ABŞ, …

Read More »

Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi iddiası ilə bağlı XİN-dən açıqlama

XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın bəzi xarici media agentlikləri tərəfindən yayılan guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddiaları şərh edib. Boyukmillet.com L.Abdullayevanın şərhini təqdim edir: “Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan …

Read More »

Füzuli istiqamətində ələ keçirilən düşmən texnikası… – FOTO

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edir. Trend-in məlumatına görə, bütün cəbhə boyu gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verib. Azərbaycan Müdafiə Nazirliyinin dünənə olan sonuncu rəsmi məlumatına görə, düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb. Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin hərbi texnikaları ələ keçirilib. Ələ keçirilən texnikalardan birini sizə təqdim edirik.

Read More »