İran dünyada bir nömrəli terrorçu dövlətdir. APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib. “İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir”, deyə D.Tramp bildirib. O, həmçinin İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib. Bundan əvvəl D.Tramp özünün “Tvitter” …
Read More »Tramp və Stoltenberq Donbasdakı vəziyyəti müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata əsasən, söhbət zamanı tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. “Prezident Tramp və NATO baş katibi münaqişənin sülh yolu ilə həlli imkanlarını müzakirə ediblər”, məlumatda qeyd olunur. Qeyd edək ki, ötən gün ABŞ və Ukrayna prezidentləri Donald Tramp …
Read More »“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EURCümə günü əmək bazarı ilə bağlı açıqlanan statistik göstəricilər Amerikada işsizliyin son 1 ilin orta səviyyəsində olduğunu göstərib. Lakin Amerika iqtisadiyyatında inflyasiyanın 2%-ə kimi artması fonunda əmək bazarında vəziyyətin daha da yaxşılaşması gözlənilir. Əmək bazarı üzrə gözləntilərin yanvar ayında isə özünü …
Read More »Düsseldorfda azərbaycanlı məcburi köçkünlərə həsr olunmuş fotosərgi açılıb
Almaniyanın Düsseldorf şəhərinin tarixi Rheinbahn deposunda məşhur almaniyalı fotoqraf Filip Ratmerin “Evə Aparan Beş Yol” (“Five Roads Back Home”) adlı fotosərginin açılışı olub. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, sərgi Sərbəst Fotoqraflar və Film Dizaynerlərinin Peşəkar Təşkilatı (Berufsverband Freie Fotografen und Filmgestalter – BFF) tərəfindən “Jump # 04: RAW – The Decisive Moment” sərgisinin bir hissəsi kimi təşkil …
Read More »Bakıda liseydə yanğın olub
Bakıda liseydə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli lisey binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub. Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən …
Read More »Avropa Parlamentində “Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri” müzakirə olunacaq
Bu gün Avropa Parlamentinin Təhlükəsizlik və müdafiə alt komitəsində “Rusiyanın Cənubi Qafqazda artmaqda olan təsiri” mövzusunda müzakirə keçiriləcək. APA-nın məlumatına görə, müzakirədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Salber, Gürcüstanın Aİ-dəki səfiri Natalie Sabanadze və Avropa Siyasəti Mərkəzinin eksperti Amanda Pol iştirak edəcəklər. Toplantı Bakı vaxtı ilə 18:00-20:30-da olacaq.
Read More »İrandan gələn vətəndaşın daxili orqanında heroin aşkar edilib
Gömrükçülər İrandan gələn vətəndaşın daxili orqanında beş ədəd bükümdə heroin aşkar ediblər. Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə – heroin aşkar …
Read More »Sabah havanın temperaturu artacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə …
Read More »XİN: “İnsidentlərin qarşısını almağın yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır”
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun “Nezavisimaya qazeta”da dərc olunan və Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif etdiyi qərəzli məqaləsinə cavab verib. “Report”un məlumatına görə, “Nezavisimaya qazeta”da nəşr olunan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vladimir Kazimirovun əyri güzgüsündə” sərlövhəli məqaləsində H.Hacıyev Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini …
Read More »Bu gün Qara Qarayevin xatirəsi anılacaq
Fevralın 6-da saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Trend-in məlumatına görə, tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar