Cümə axşamı , 26 Fevral 2026

Dünya

Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib

Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, hadisə yerində aşkar olunmuş “qara qutu” qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək. Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər. Qeyd edək ki, bu gün səhər saatlarında …

Read More »

Akif Çovdarovun məhkəməsində kürəkəni və qohumu ifadə veriblər

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.“Report”un məlumatına görə, …

Read More »

Prezident İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib.“Report”un xəbərinə görə, məktubda deyilir:“Hörmətli Almazbek Şarşenoviç,Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirdi.Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Read More »

BDM Zəngəzurla bağlı konfrans keçirəcək

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçiriləcək. Konfransda dövlət rəsmiləri, millət vəkilləri, tarixçi alimlər, QHT və KİV nümayəndələri iştirak edəcək. Konfrans 18 yanvar 2017-ci il tarixində, saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Read More »

Bakının “Neftçi” klubu Albaniyanın “Kukesi” komandası ilə qarşılaşıb

Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. AZƏRTAC xəbər verir ki, komandamız Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. “Bellis Deluxe” otelinin meydançasında keçirilən görüşdə “Neftçi” komandası 2:4 hesabı ilə məğlub olub. “Neftçi”nin qollarını Zdenek Folprext və Cavid İmamverdiyev vurublar. Qeyd edək ki, Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində yerli “Sivasspor” komandası ilə heç-heçə (0:0) oynayıb, Özbəkistanın “Nasaf” klubuna …

Read More »

Bakıda döyüş növləri üzrə festivalda 500-dək idmançı birincilik uğrunda mübarizə aparıb

Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Muay-Tay və Alpaqut federasiyaları, Döyüş Növləri Assosiasiyalarının təşkilatçılığı ilə festival keçirilib. AZƏRTAC xəbər verir ki, döyüş növləri üzrə festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan və Pakistandan 500-dək idmançı iştirak edib. Festival çərçivəsində idmançılar alpaqut, sərbəst döyüş, muay-tay və ciu-citsu üzrə yarışlarda 13 çəki dərəcəsində qüvvələrini sınayıblar. Uşaqlar, yeniyetmələr və gənclər arasında təşkil olunan festivalın qalibləri …

Read More »

“ASAN kommunal” vətəndaşlara xidmət göstərməyə başlayıb

“ASAN kommunal” vətəndaşlara xidmət göstərməyə başlayıb. Bununla əlaqədar jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin mayında imzaladığı Fərmanla “ASAN kommunal” mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə “ASAN kommunal” xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə …

Read More »

Bişkekdə qəzadan sonra “Manas” aeroportu bağlandı

Qırğızıstanda Türkiyəyə məxsus, Honkonq-Bişkek reysi üzrə hərəkət edən “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması ilə bağlı olaraq Bişkekin “Manas” hava limanı müvəqqəti olaraq bağlanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Hava limanının mətbuat xidməti bildirib ki, aeroportun yenidən fəaliyyətini davam etdirməsi ilə bağlı qərar rəhbərliyin iclasından sonra veriləcək. Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” …

Read More »

Yanvarın 19-da ilk dərs 20 Yanvara həsr ediləcək

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirlər Planına əsasən, yanvarın 18-dək ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində …

Read More »

Vəzifəli şəxslərlə bağlı bəyannamə hazırlanır

Azərbaycanda vəzifəli şəxslərlə bağlı gəlir bəyannaməsinin hazırlanması ilə əlaqədar xarici ölkələrin təcrübəsi öyrənilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bununla bağlı bir sıra ölkələrin hazırladıqları bəyannamələr özünü doğrultmayıb: “Həmin ölkələrdə bu sənəd effekt vermədi. Ona görə …

Read More »