Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yığmamız Almaniyanın “Rot Veis Erfurt” komandası ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
Read More »Türkiyənin tanınmış futbolçusu Çin klubunda çıxış edə bilər
Türkiyə milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Arda Turan Çinin “Şanxay Şenxua” klubunda çıxış edə bilər. “Report”un “Haber7″ə istinadən verdiyi məlumata görə, tərəflər arasında aparılan müzakirələr yekunlaşıb və yarımmüdafiəçi ilə 3 illik müqavilənin imzalacağı gözlənilir. 30 yaşlı futbolçunun bu müddətdə 60 milyon avro qazanacağı bildirilir. Transfer baş tutarsa, Kataloniya təmsilçisi Çin klubundan böyük məbləğdə transfer haqqı alacaq.
Read More »Tokioda Azərbaycan dilində səslənən “Sarı gəlin” tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb
Tokioda tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kioko Yamamotanın Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” xalq mahnısı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Yaponiya paytaxtının məşhur Ropponqi əyləncə mərkəzindəki “Keystone club”da təşkil olunan konsert zamanı müxtəlif dünya xalqlarının caz musiqisi ilə yanaşı, Azərbaycan mahnısı da səslənib. Əvvəlcə K.Yamamota yapon tamaşaçılara Azərbaycanın coğrafi mövqeyi, əsrarəngiz təbiəti, qədim və zəngin mədəniyyəti ilə …
Read More »Ötən il Azərbaycan Rusiyaya 106 min ton pomidor tədarük edib
Ötən il Azərbaycan Rusiyaya 106 min ton pomidor tədarük edib. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Milli Tərəvəz və Meyvə İstehsalçıları İttifaqının məlumatında deyilir. Ötən il Rusiya bazarının əsas pomidor tədarükçüləri Azərbaycan (106 min ton) və Mərakeş (109 min ton) olub. Eyni zamanda, Rusiya İrandan 44 min ton, Belarusdan isə 38,5 min ton xiyar idxal edib. Rusiya mütəxəssisləri hesab edirlər …
Read More »Keçmiş məhkumdan 25 kiloqramdan çox narkotik maddə götürülüb
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron …
Read More »Türkiyə 41 İŞİD-çini zərərsizləşdirdi
Türkiyə Hərbi Hava Qüvvələri və Quru Qoşunları “Fırat qalxanı” çərçivəsində Suriyanın şimalında İŞİD-in 41 silahlısını zərərsizləşdirib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Hərbi Qüvvələr Baş Qərargahının məlumatında deyilir. Əməliyyat çərçivəsində İŞİD-in 177 obyekti məhv edilib.
Read More »Məşhur şokolad yağları satışdan yığışdırılır
İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır. Trend-in məlumatına görə, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı. Tərkibində palma yağı olan “Nutella” şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı. Son zamanlarda “Ferrero” şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, …
Read More »“Günəşli” yatağındakı 274 nömrəli quyu istismara verilib
“Günəşli” yatağındakı 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 274 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2909-2840 metr intervaldan sutkalıq 100 ton neft və 24 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul …
Read More »Deputat: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil
“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin genişləndirilmiş iclasında 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi əlbəttə, təsadüfi deyil. Çünki Azərbaycan bu gün İslam ölkələri içərisində din və məzhəb ayrı-seçkiliyinin yaşanmadığı bir ölkədir”. Bunu Trend-ə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. H.Babaoğlunun sözlərinə görə, Azərbaycan, həmçinin İslam Konfransı Təşkilatına (İKT) üzv olan ölkələr arasında da özünəməxsus …
Read More »Ombudsman 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir: “1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 27 il keçir. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar