Bazar ertəsi , 6 May 2024

Dünya

Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın mənəvi birliyini özündə ehtiva edir

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyi tərəfindən Ər-Riyad şəhərinin mərkəzində yerləşən “Riyad Sarayı”nda bayram mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə ziyalılar, Türkiyənin Səudiyyə Ərəbistanındakı səfiri Yunus Demirer, türk diasporunun nümayəndələri, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz …

Read More »

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yaponiyada qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tokionun tanınmış əyləncə rayonu olan Şingukuda yerləşən “Pamukkale” türk restoranında qeyd edilib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokio şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri və digər millətlərin nümayəndələri iştirak ediblər. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov ümummilli lider Heydər Əliyevin təşəbbüsü …

Read More »

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 38 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri …

Read More »

Sabahın havası – Bakıda buludlu, bölgələrdə dumanlı, çiskinli

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə …

Read More »

Cəlilabadda əməliyyat: 12 kiloqrama yaxın narkotik müsadirə olunub

Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb. Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb. A.Almasov …

Read More »

Rusiyanın Azərbaycandakı səfirliyində “Tu-154” təyyarəsinin qəzaya uğraması səbəbilə dövlət bayrağı endirilib

Rusiyanın Azərbaycandakı səfirliyində Suriyaya istiqamət almış “Tu-154” təyyarəsinin qəzaya uğraması və hadisə nəticəsində 92 nəfərin dünyasını dəyişməsi səbəbilə dövlət bayrağı endirilib.Bu barədə “Report”a Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər – 8 ekipaj üzvü və …

Read More »

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç, “Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 25 dekabr 2016-cı il.   azertac.

Read More »

“1916-cı il QIRĞIZ ÜSYANI” toplusu Azərbaycan dilinə tərcümə edilib

“1916-cı il –   Qırğız    üsyanı” toplumu Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmişdir. Bu barədə fondun prezidenti Nüsrət Məmmədov boyukmillet.com-a açıqlamasında bildirib. Topluya 1916-cı il Qırğız üsyanına aid olan sənəd və materiallar daxil edilmişdir. Bunlar hesabat, sərəncam, teleqram, elan, çağırış, əmr, raport, Türküstan vilayətinin hərbi qubernatorları və general-qubernatorunun məruzələri, məhkəmə qətnamələri, şahidlərin sorğu-sual protokolları və dustaqların …

Read More »

Xarkov vilayəti Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərir

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, A.Xudiyev vilayətin qubernatoru Yuliya Svetliçnaya ilə görüşüb. Ukraynanın ilk paytaxtının sosial iqtisadi-inkişaf strategiyası haqqında səfirə məlumat verən xanım Y.Svetliçnaya Azərbaycanla Xarkov vilayətinin ağır və yüngül sənaye müəssisələri arasındakı qarşılıqlı əlaqələrindən bəhs edib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xarkov şəhərinin ali təhsil ocaqlarında …

Read More »