Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Keçmiş məhkumdan 25 kiloqramdan çox narkotik maddə götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir