Çərşənbə axşamı , 6 May 2025

Dünya

Bakıda partlayıcı oyuncaq satışının qarşısı alınıb

Paytaxtda partlayıcı oyuncaq satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində səyyar ticarətlə məşğul olan Şahbaz Cəlilovdan yüksək səsyayıcı xüsusiyyətə malik olan 18 min ədəd partlayıcı oyuncaq götürülüb.

Read More »

Azərbaycan BƏƏ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovla bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan arasında görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşd səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunub. O qeyd edib ki, bu əlaqələrin xüsusən də siyasi tərkib hissəsi yüksək səviyyədədir. BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid …

Read More »

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması müraciətlərin sayını azaldıb

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması cari ildə bu sahələrlə bağlı müraciətlərin sayının azalması ilə müşahidə edilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN tərəfindən əmək və sosial müdafiə, tibbi sosial ekspertiza və reabilitasiya sahələrində xidmətlərin məmur-vətəndaş təmasları mümkün olmadan, avtomatlaşdırılmış infrastrukturunun genişləndirilməsi nazirliyə qəbul üçün müraciət edənlərin sayının …

Read More »

İran prezidenti Ermənistanda

İran prezidenti Həsən Ruhani prezident Serj Sarkisyanın dəvəti ilə Ermənistana rəsmi səfərə gəlib. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-i ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat verib. “Zvartnos” beynəlxalq hava limanında İran prezidentini S.Sarkisyan özü qarşılayıb.

Read More »

Rusiya Dövlət Dumasında sükut…

Rusiya Dövlət Dumasının bu gün keçirilən iclasında Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovun xatriəsi 1 dəqiqəlik sükutla anılıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Deputatların səfirin öldürülməsi ilə bağlı terrorizmi pisləyən və gələcəkdə belə halların baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərini vacib sayan bəyanat qəbul edəcəyi gözlənilir. Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da …

Read More »

Bakıda taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə məlumat bazası hazırlanıb

Bakıda taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və avtomobillərin texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb. Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təqribi hesablamalara əsasən hazırda Bakı …

Read More »

Mikayıl Cabbarovdan TƏKLİF: Daimi şura yaradılsın

Təhsil naziri Mikayıl Cabbarov elmi innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasını təmin etmək məqsədi ilə daimi şuranın təsis edilməsini təklif edib. Trend-in məlumatına görə, M.Cabbarov bu təklifini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edərkən açıqlayıb. Onun sözlərinə görə, səmərəli elmi tədqiqatların aparılmasını təmin etmək üçün ali təhsil və elmi tədqiqat müəssisələrinin müştərək istifadə edə …

Read More »

Almaniya klubunun futbolçusu silahlı hücuma məruz qalıb

Almaniyanın “Dinamo” (Drezden) komandasının futbolçusu Mark Vaxs silahlı hücuma məruz qalıb. “Report”un məlumatına görə, 21 yaşlı müdafiəçiyə naməlum şəxs Visbaden şəhərində atəş açıb.  Nəticədə onunla birgə olan xalası ölüb, mərhumun əri və Vaxsın özü güllə yaraları ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənlərin həyatının təhlükədə olmadığı bildirilir. Polis qatilin axtarışlarına başlayıb. 

Read More »

İran idman komandaları və idmançılarının Türkiyəyə getməsinə qadağa qoyub

İranın İdman Nazirliyi bütün idman federasiyalarına Türkiyəyə komanda və idmançı göndərmələrini qadağan edib.“Report” xəbər verir ki, bu haqda İranın Ankaradakı səfirliyinin rəsmi saytında məlumat yayılıb.İnformasiyaya əsasən səfirlik bildirib: “Bu qərar Türkiyədəki mövcud vəziyyət və təhlükəsizlik məsələləri lə bağlı qəbul edilib”.Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi zərurət olmadığı halda vətəndaşlarına Türkiyəyə getməməyi də məsləhət görüb.

Read More »

Suriyada Türkiyənin 3 hərbçisi şəhid olub, 11-i yaralanıb – YENİLƏNİB

 Türkiyə Silahlı Qüvvələri tərəfindən davam edən “Fırat Kalkanı” (“Fərat qalxanı”) əməliyyatının 120-ci günündə 3 türk hərbçisi şəhid olub, 11-i yaralanıb.  “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə terrorçu İŞİD qruplaşması hücum edib.  Məlumata görə, hücum nəticəsində 3 hərbçi şəhid olub, 11-i yaralanıb. *** 09:34 Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb. “Report” DHA-ya istinadən xəbər …

Read More »