Azərbaycan Milli Məclisinin dekabrın 23-nə təyin edilən plenar iclası təxirə salınıb.“Report”un xəbərinə görə, növbəti plenar iclas dekabrın 30-da keçiriləcək.Bu, 2016-cı il üçün sonuncu – bağlanış iclası olacaq.
Read More »Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, …
Read More »TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb. TürkPA-dan “Report”a verilən məlumata görə, J.Asanov səfirin ölümünə səbəb olan terror aktını şiddətlə qınayıb. “TürkPA üzvü olan dövlətlər həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış ediblər. Buna görə də səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilməz. Bu, ölkələr …
Read More »Tevez “Şanxay” klubuna keçdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq
Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Karlos Tevez Çinin “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti yazıb. “Boka Xuniors” rəhbərliyi futbolçunun Çin komandasına keçidinin bu yaxınlarda gerçəkləşəcəyini təsdiq edib. 32 yaşlı forvard artıq komanda və azarkeşlərlə vidalaşıb. Qəzet yazır ki, Tevez yeni komandasında həftəsinə 615 …
Read More »Azərbaycanın kənd təsərrüfatı ixracının 90%-i Rusiyanın payına düşür
Azərbaycanın ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56%, son 5 ildə isə 30% artıb. “Report” xəbər verir ki, bunu Azexport.az portalının təqdimatında çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. S.Talıbovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: “FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində …
Read More »Azərbaycan və İtaliya metallurgiya kompleksi tikəcək – YENİLƏNİB
Bu gün Bakıda Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.“Report” xəbər verir ki, saziş “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb.Sumqayıtda yeni metallurgiya kompleksinin inşasına dair saziş Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında imzalanıb.***Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Sumqayıt şəhərində inşa ediləcək metallurgiya kompleksinin dəyəri …
Read More »Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Rusiyanın Azərbaycandakı səfirliyində Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar dövlət bayrağı endirilib. “Report” xəbər verir ki, Bakı şəhərinin sakinləri səfirin ölümü ilə əlaqədar başsağlığı əlaməti olaraq səfirliyə gül gətirir.
Read More »Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilir
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbul Evində keçirilən görüşdən öncə nazirlər Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad ediblər, onun portreti önünə çələng dəstəsi qoyublar. Daha sonra görüş başlayıb.
Read More »Dilqəm Əsgərov və Şahbaz Quliyev ailəsinə xəbər göndərib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar. İ. Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, …
Read More »Sabir Rüstəmxanlı İsveçdə yaşayan soydaşlarımızla görüşüb
Avropada işgüzar səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi Sabir Rüstəmxanlı İsveçin Göteburq şəhərində yaşayan soydaşlarımızla da görüşüb. DAK.az-ın məlumatına görə, Güney Azərbaycandan olan mühacirlərlə də söhbət edən DAK həmsədri onların problemləri ilə maraqlanıb, Güneydə Azərbaycan türklərinin məruz qaldığı haqsızlıqlara, İran adlı yerdə yürüdülən asimilyasiya siyasətinə də toxunub. S.Rüstəmxanlı həmçinin türkçü alim Arif Rahimoğlu ilə də görüşüb, Azərbaycanın …
Read More »