Şənbə , 20 Aprel 2024
Drone Cameras

Diaspor təşkilatları: “Milli Məclisin Astan Şahverdiyevlə bağlı ölçü götürməsini gözləyirik”

Rusiyada yaşayan azərbaycanlıları təmsil edən təşkilatlardan ikisi deputat Astan Şahverdiyevin onlarla bağlı fikirlərinə etiraz bəyanatı yayıblar.

APA-nın məlumatına görə, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu ilə Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının birgə bəyanatında deputatın bu yaxınlarda Biləsuvar rayonunda məskunlaşan məcburi köçkünlər və Rusiyada yaşayan azərbaycanlılar barədə mediada səsləndirdiyi fikirlərə etiraz ifadə olunub.

“Deputatın açıqlaması Rusiyada yaşayan azərbaycanlılar arasında kəskin hiddətə səbəb olub. Biz Milli Məclisin Astan Şahverdiyevlə bağlı ölçü götürməsini və onun üzr istəməsini gözləyirik. Rusiyada istər tarixən, istərsə də hazırda Azərbaycanı təmsil edən dəyərli ziyalılar var. Rusiyanın elm, iqtisadiyyat, o cümlədən ictimai-siyasi həyatında böyük nüfuza malik azərbaycanlılar üçün deputatın belə bir açıqlaması məyusedicidir” deyə açıqlamada qeyd olunub.

Diaspor təşkilatları müraciəti Milli Məclisə də göndərəcəklərini, deputat üzr istəməyəcəyi təqdirdə isə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvar rayonunda bir qrup şəxsin aksiya keçirməsinə münasibət bildirərkən Rusiyada yaşayan azərbaycanlıları “bazar adamları” və “yararsız” adlandırıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir