Bazar ertəsi , 6 May 2024

Dünya

Parisdə “Türk kinosu ilə görüş” festivalı başlayıb

Fransa paytaxtı Parisdə “Türk kinosu ilə görüş” günləri başlayıb.  “Report”  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçüncü dəfə təşkil olunan tədbirin açılışında “Rüzgarda salınan Nilüfer” filmi nümayiş etdirilib. Festival Türkiyənin Fransadakı səfirliyinin təşkilatçılığı ilə UGC Normandie kinoteatrında keçirilir. Tədbirdə Mehmet Can Mertoğlunun “Albüm”, Kıvanç Sezerin “Babamın Kanatları”, Hiner Saleemin “Dar Elbise”, Mustafa Karanın “Kalandar Soğuğu” ve Cemil Ağacıkoğlunun “Tarla” filmləri də nümayiş olunacaq.  …

Read More »

Hələbdən təxliyyə edilən 7 min qaçqın Türkiyə ərazisində yerləşdirilib

Suriyanın Hələb şəhərindən təxliyyə edilən qaçqınların sayı 8 minə çatıb. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, onları daşıyan 6-cı avtomobil karvanı Türkiyə ərazisinə çatıb.  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, indiyədək Hələbin şərqindən 7 min mülki sakinin təxliyyə ediblər: “Bu istiqamətdə fəaliyyətimiz davam edir”. Avropa İttifaqı Şurasının sədri Donald Tusk Suriya böhranında təmsil etdiyi qurumun təsirsiz qaldığını …

Read More »

Türkiyə XİN: erməni terrorçu Sasunyanın azadlığa buraxılması terrorla mübarizədə əməkdaşlığın ruhuna ziddir

Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci il yanvarın 28-də ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA üzvü, erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması barədə qərarı kəskin şəkildə pisləyib. Nazirliyin bu barədə yaydığı açıqlamada qeyd olunur ki, erməni terrorçu H.Sasunyanın azadlığa buraxılması qanunun aliliyinə və ədalətin qorunmasına zidd olmaqla bərabər, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın ruhuna mənfi təsir göstərən amildir. …

Read More »

İlin son gimnastika yarışı başladı

Bu gün Bakıda, Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, açıq Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı başlayıb. Trend-in məlumatına görə, yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar – 2008-2009, kiçiklər – 2006-2007, balacalar – 2003-2004, yeniyetmələr – 2001-2003, gənclər – 1999-2001, böyüklər – 1998-ci …

Read More »

Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi

Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib. Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil …

Read More »

“Kütləvi çıxarış” kampaniyası Xaçmazda

“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb. Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Bildirilir ki, daşınmaz əmlakın sənədləşdirilməsini kifayət qədər rahatlaşdıran “Kütləvi çıxarış” kampaniyası artıq bölgələrdə yerləşən yeni inşa edilmiş çoxmənzilli binaları əhatə etməyə başlayıb. Paytaxtla yanaşı, artıq respublikanın digər şəhər və rayonlarında yerləşən binalar da kampaniyaya cəlb olunub. Kampaniya bu gün Xaçmaz şəhərində …

Read More »

Milli Məclisdə “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib

Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib. AZƏRTAC xəbər verir ki, iclasda, həmçinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də səsə …

Read More »

Bakıda milli rəqs və musiqi festival təşkil olunacaq

Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli rəqs və musiqi festivalı keçiriləcək. Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan olan rəqqaslar qatılacaq. İki gün davam edəcək musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.

Read More »

Samir Şərifov: Büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı səsləndirilən təklifləri hökumət ətraflı təhlil edib

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflər və tövsiyələr hökumət tərəfindən ətraflı təhlil edilib. AZƏRTAC xəbər verir ki, bu fikri maliyyə naziri Samir Şərifov dekabrın 16-da Milli Məclisin plenar iclasında bildirib. Nazir deyib: “Ümumi büdcə konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin həlli üçün maliyyə təminatının artırılması mümkün olub. Mədəniyyət xərclərinin artırılması ilə …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir …

Read More »