Bazar , 19 May 2024

Dünya

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir …

Read More »

2017-ci il üçün yaşayış minimumu təsdiq edildi – ARTIM VAR

Bu gün Milli Məclisin plenar iclasında “2017-ci il üzrə yaşayış minimumu haqqında” qanun layihəsi qəbul edilib. Trend-in məlumtına görə, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur. Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 …

Read More »

Moskva polisi erməni iş adamı Karen Qubasaryanı axtarır

Moskva polisi 28 yaşlı erməni iş adamı, Rusiya paytaxtında inşaat firmasına rəhbərlik edən Karen Qubasaryanı axtarır. Bildirilir ki, onun avtomobili ilə səkidə gedən piyada vurulub. Piyada Yuri Karpov hadisə yerində keçinib. Rusiyanın “REN TV” telekanalının müşahidə kameralarından götürülən kadrlarda görünür ki, piyadanı vuran avtomobil hadisə yerinə qayıdır, Qubasaryan da yaxınlıqdakı restoranlardan birindən çıxaraq hadisə yerinə gəlir. Avtomobili idarə edən hələlik …

Read More »

Quba-Xınalıq yolunda qar uçqunu olub

Quba-Xınalıq yolunda qar uçqunu baş verib. AZƏRTAC xəbər verir ki, dekabrın 15-i günün ikinci yarısında qar uçqunu səbəbindən yol bir müddət bağlanıb. “Azəravtoyol” ASC-nin yerli idarəsinin ağır texnikası və canlı qüvvəsinin köməyi ilə ərazidə təxirəsalınmaz tədbirlər görülüb. Yola tökülən qar təmizlənərək avtomobillərin hərəkəti təmin olunub. İdarənin sahə rəisi Bilal Sultanov bildirib ki, qar uçqunu yolun 36-cı kilometrliyində qeydə alınıb. Yolun həmin …

Read More »

Parlament Vergilər Məcəlləsinə dəyişiklikləri təsdiq edib

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub. “Report”un verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər. Buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı və quş ətinin satışı 2017-ci il yanvarın 1-dən …

Read More »

Avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq

Azərbaycanda avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, “əlil” tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar. Bundan başqa, nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma …

Read More »

Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb

Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb.  “Report”un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç …

Read More »

Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub

Şəmkir rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib.  “Report”un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində məskunlaşan məcburi köçkün Əkbər Sovet oğlu Ələkbərova məxsus təsərrüfatda baş verib. Yanğın zamanı Laçın rayonundan olan məcburi köçkünün tövləsində olan 67 baş iribuynuzlu mal-qara yanaraq tələf olub. Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Read More »

Qəzada ölən neftçi dəfn olunub

Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyiti tapılan Bakı şəhəri, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovla vida mərasimi olub.“Report”un müxbiri xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında torpağa tapşırılıb.Dəfn mərasimində SOCAR rəsmiləri, ictimaiyyət …

Read More »

Sabaha olan hava proqnozu açıqlanıb

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz, səhər zəif dumanlı və çiskinli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti,Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi …

Read More »