Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır, əmək hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş müraciətlərinə əsasən Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-noyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 …
Read More »Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı, 19 dekabr 2016-cı il.
Read More »Milli Məclisin iclası təxirə salınıb
Azərbaycan Milli Məclisinin dekabrın 23-nə təyin edilən plenar iclası təxirə salınıb.“Report”un xəbərinə görə, növbəti plenar iclas dekabrın 30-da keçiriləcək.Bu, 2016-cı il üçün sonuncu – bağlanış iclası olacaq.
Read More »Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, …
Read More »TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb. TürkPA-dan “Report”a verilən məlumata görə, J.Asanov səfirin ölümünə səbəb olan terror aktını şiddətlə qınayıb. “TürkPA üzvü olan dövlətlər həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış ediblər. Buna görə də səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilməz. Bu, ölkələr …
Read More »Tevez “Şanxay” klubuna keçdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq
Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Karlos Tevez Çinin “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti yazıb. “Boka Xuniors” rəhbərliyi futbolçunun Çin komandasına keçidinin bu yaxınlarda gerçəkləşəcəyini təsdiq edib. 32 yaşlı forvard artıq komanda və azarkeşlərlə vidalaşıb. Qəzet yazır ki, Tevez yeni komandasında həftəsinə 615 …
Read More »Azərbaycanın kənd təsərrüfatı ixracının 90%-i Rusiyanın payına düşür
Azərbaycanın ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56%, son 5 ildə isə 30% artıb. “Report” xəbər verir ki, bunu Azexport.az portalının təqdimatında çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. S.Talıbovun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının 90%-i qonşu Rusiya bazarının payına düşür: “FAO ilə araşdırma apardıq və məlum oldu ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində …
Read More »Azərbaycan və İtaliya metallurgiya kompleksi tikəcək – YENİLƏNİB
Bu gün Bakıda Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.“Report” xəbər verir ki, saziş “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində imzalanıb.Sumqayıtda yeni metallurgiya kompleksinin inşasına dair saziş Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında imzalanıb.***Tədbirdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Sumqayıt şəhərində inşa ediləcək metallurgiya kompleksinin dəyəri …
Read More »Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Rusiyanın Azərbaycandakı səfirliyində Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar dövlət bayrağı endirilib. “Report” xəbər verir ki, Bakı şəhərinin sakinləri səfirin ölümü ilə əlaqədar başsağlığı əlaməti olaraq səfirliyə gül gətirir.
Read More »Rusiya və Türkiyə XİN rəhbərlərinin görüşü keçirilir
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbul Evində keçirilən görüşdən öncə nazirlər Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad ediblər, onun portreti önünə çələng dəstəsi qoyublar. Daha sonra görüş başlayıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar