Bu gün Dağıstanın Kaspiysk şəhərində dünya və beşqat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir start götürüb. Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Dekabrın 17-dək davam edəcək turnirdə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi altında yığma komandanın 19 üzvü mübarizə aparacaq. Heyətdə Tofiq Əliyev, Elmir Cəlilov (hər ikisi – …
Read More »Yeni il yaxınlaşdıqca “partladan” və fişəng axını artır
Avtomobilin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 …
Read More »Özbəkistanın daha bir portalı erməni vandalizmini sübut edən fotoları yayıb
Özbəkistanın Ziyouz.uz portalı erməni vandalizmi ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) “Erməni vandalizmi fotolarda” sərlövhəli materialını özbək dilində yayıb. Fotoların da əks olunduğu materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılır, Azərbaycan ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir. Məqalədə qeyd olunur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi abidələri, məscidləri, qəbiristanlıqları dağıdıb, şəhər və kəndləri xarabalığa çeviriblər. Bu, …
Read More »Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada görüşəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla srağagünkü telefon danışığımızda Suriyadakı münaqişənin dayandırılması üçün Qazaxıstanın paytaxtı Astanada görüşə biləcəyimizi razılaşdırdıq”, – deyə …
Read More »Parisdə “Türk kinosu ilə görüş” festivalı başlayıb
Fransa paytaxtı Parisdə “Türk kinosu ilə görüş” günləri başlayıb. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, üçüncü dəfə təşkil olunan tədbirin açılışında “Rüzgarda salınan Nilüfer” filmi nümayiş etdirilib. Festival Türkiyənin Fransadakı səfirliyinin təşkilatçılığı ilə UGC Normandie kinoteatrında keçirilir. Tədbirdə Mehmet Can Mertoğlunun “Albüm”, Kıvanç Sezerin “Babamın Kanatları”, Hiner Saleemin “Dar Elbise”, Mustafa Karanın “Kalandar Soğuğu” ve Cemil Ağacıkoğlunun “Tarla” filmləri də nümayiş olunacaq. …
Read More »Hələbdən təxliyyə edilən 7 min qaçqın Türkiyə ərazisində yerləşdirilib
Suriyanın Hələb şəhərindən təxliyyə edilən qaçqınların sayı 8 minə çatıb. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, onları daşıyan 6-cı avtomobil karvanı Türkiyə ərazisinə çatıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, indiyədək Hələbin şərqindən 7 min mülki sakinin təxliyyə ediblər: “Bu istiqamətdə fəaliyyətimiz davam edir”. Avropa İttifaqı Şurasının sədri Donald Tusk Suriya böhranında təmsil etdiyi qurumun təsirsiz qaldığını …
Read More »Türkiyə XİN: erməni terrorçu Sasunyanın azadlığa buraxılması terrorla mübarizədə əməkdaşlığın ruhuna ziddir
Türkiyənin Xarici İşlər Nazirliyi 1982-ci il yanvarın 28-də ABŞ-ın Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən ASALA üzvü, erməni terrorçu Hampiq Sasunyanın şərti azadlığa buraxılması barədə qərarı kəskin şəkildə pisləyib. Nazirliyin bu barədə yaydığı açıqlamada qeyd olunur ki, erməni terrorçu H.Sasunyanın azadlığa buraxılması qanunun aliliyinə və ədalətin qorunmasına zidd olmaqla bərabər, terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın ruhuna mənfi təsir göstərən amildir. …
Read More »İlin son gimnastika yarışı başladı
Bu gün Bakıda, Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, açıq Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı başlayıb. Trend-in məlumatına görə, yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar – 2008-2009, kiçiklər – 2006-2007, balacalar – 2003-2004, yeniyetmələr – 2001-2003, gənclər – 1999-2001, böyüklər – 1998-ci …
Read More »Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi
Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir. Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib. Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil …
Read More »“Kütləvi çıxarış” kampaniyası Xaçmazda
“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb. Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Bildirilir ki, daşınmaz əmlakın sənədləşdirilməsini kifayət qədər rahatlaşdıran “Kütləvi çıxarış” kampaniyası artıq bölgələrdə yerləşən yeni inşa edilmiş çoxmənzilli binaları əhatə etməyə başlayıb. Paytaxtla yanaşı, artıq respublikanın digər şəhər və rayonlarında yerləşən binalar da kampaniyaya cəlb olunub. Kampaniya bu gün Xaçmaz şəhərində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar