Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. “Report”un məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: “Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından …
Read More »Gələn il Azərbaycan əhalisinin sayı 9,822 mln. nəfərə çatacaq
“Azərbaycan əhalisinin sayının 2017-ci ilin sonuna 9,822 mln. nəfərə çatacağı gözlənilir”. “Report”un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.Gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşadək …
Read More »Ukrayna ilk dəfə Azərbaycandan maye qaz idxal edib
Bu ilin noyabr ayının üçüncü ongünlüyündə Ukrayna Azərbaycandan 640 ton propan-butan qarışığı idxal edib. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “UPECO” konsaltinq şirkətindən bildirilib.Şirkətin məlumatına görə, indiyə qədər Ukraynadan Azərbaycana maye qaz idxal olunmayıb. İlk idxalçılar qismində Ukraynanın “Nadejda” və “SOCAR Energy Ukraine” şirkətləri çıxıb edib. Onlar hər biri müvafiq olaraq 530 ton və 210 ton propan-butan …
Read More »Avstriyanın iki jurnalisti Azərbaycan dövlətindən üzr istəyib – ƏLAVƏ OLUNUB
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Profil” jurnalının əməkdaşı Martin Ştaudinqer Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.Azərbaycan XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Martin Ştaudinqer məktubunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal …
Read More »Belarus prezidenti diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycan səfirini qəbul edib
“Belarus və Azərbaycan arasında güclü, fundamental əlaqələr yaradılıb”. “Report” “Stoliçnoe Televidenie” telekanalına istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko diplomatik missiyasının müddətinin başa çatması münasibətilə Azərbaycan səfiri İsfəndiyar Vahabzadəni qəbul edərkən deyib. “Hesab edirəm ki, Belarus sizin üçün ikinci vətən olacaq” – Belarus lideri səfirlə görüşündə bildirib. A.Lukaşenkonun sözlərinə görə, İ.Vahabzadənin Belarusda işlədiyi 6 il dövlətlər arasında münasibətlərdə …
Read More »Bakıda tanınmış iş adamının toya hazırlaşan oğlu qəfildən ölüb
Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən …
Read More »Cənubi Koreya prezidenti: “İstefa verməyə hazıram”
Cənubi Koreya prezidenti Pak Kın Xe korrupsiya qalmaqalı ilə bağlı ölkə vətəndaşlarından üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib. “Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu televiziya vasitəsi ilə Cənubi Koreya əhalisinə müraciətində bəyan edib. “Xalq qarşısında səmimi olmadığıma görə bir daha üzr istəyirəm”, – deyə prezident vurğulayıb. Pak Kın Xe deyib ki, dövlət başçısı kimi gələcək taleyi ilə bağlı qərar …
Read More »Bakı-Moskva aviareyslərinin sayı artırılır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından Moskva şəhərinin “Vnukovo” Hava Limanına hər gün iki reys yerinə yetiriləcək. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir ki, müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” Hava Limanının baş direktoru Vasiliy Aleksandrov bu gün Moskvada imzalayıblar.Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş …
Read More »Dərmanlarla bağlı yeni qaydalar təsdiq olundu
Azərbaycanda dərman vasitələrinin reklamı məhdudlaşdırılır. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər. Yalnız həkim resepti …
Read More »1-ci sinif şagirdi dərs vaxtı vəfat etdi
Dünən günorta saatlarında Lənkəran şəhərində 7 yaşlı məktəbli dünyasını dəyişib. “Report”un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər 7 saylı tam orta məktəbin 1-ci sinif şagirdi Ağayeva Xədicə Ramin qızı dərs zamanı özünü pis hiss etməyə başlayıb və əyləşdiyi partanın arxasında huşunu itirib. Məktəbə çağırılan “təcili yardım” həkimlərinin ilkin müdaxiləsindən sonra qız Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, qan qusduğundan …
Read More »