Dünya

Sambo üzrə Bakı çempionatına yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində sambo üzrə Bakı çempionatı keçirilib. AZƏRTAC xəbər verir ki, çempionatda 9 çəki dərəcəsi üzrə 110 idmançı birincilik uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Vaqif Mirzəli (52 kq), Fuad Məmmədov (57 kq), Tural Allahverdiyev (62 kq), Tural Əhmədov (68 kq), Söhrab Bağırov (74 kq), Vahid Dəmirli …

Read More »

Türkiyəli kino sənətçiləri Sumqayıtda

Azərbaycanda keçirilən “Türk filmləri həftəsi” çərçivəsində qardaş ölkənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda olublar. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, qonaqlar şəhərin mədəniyyət müəssisələri ilə yaxından tanış olub, son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıblar. …

Read More »

Azərbaycanın poçt sahəsində yeni layihəyə start verilir

Tezliklə Bakı və regionlarda poçt sahəsində yeni layihənin icrasına başlanacaq.  “Report”un məlumatına görə, yeni layihə barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə danışıb.  “Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin poçt sahəsində “Şəbəkə” layihəsi fəaliyyətə başlayacaq. “Şəbəkə” Nazirliyin müxtəlif xidmətlərini vahid şəkildə təqdim edəcək mərkəz olacaq”, – deyə nazir müavini bildirib.

Read More »

“Bakutel-2016” sərgisində dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək

Noyabrın 29-da Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransı işə başlayacaq. Sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 28-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. Nazir müavini bildirib ki, builki sərgidə dünyanın 9 ölkəsi – Avstriya, …

Read More »

Qusarda keçmiş məhkumu boğaraq öldürən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayonunda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il iyunun …

Read More »

“Tibbi hüquq” seminarı keçirilib

Tibb və hüquq insanlıq tarixi qədər iki qədim ixtisas sahəsidir. Hər ikisi də başda insan həyatı olmaqla insanın sahib olduğu dəyərləri qorumaq məqsədi daşıyır. Tibb insanın fiziki, ruhi və ictimai sağlamlığını qoruyub inkişaf etdirilməsini və ortaya çıxan xəstəliklərin aradan qaldırılmasını, hüquq cəmiyyət içində yaşayan insanın əlaqələrinin tənzimlənməsini və ədalətin bərqərar edilməsini təmin edir. Hazırda tibbi cihaz və kompüter texnologiyaları tibb …

Read More »

Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıb

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb. APA-nın “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır. Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, …

Read More »

Gürcüstanın yeni hökuməti fəaliyyətə başlayıb

Gürcüstan Nazirlər Kabinetinin yenidən formalaşdırılması başa çatıb. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, baş nazir Georgi Kvirikaşvili yeni hökumətin fəaliyyətə başlaması ilə bağlı sərancam imzalayıb. İnformasiyaya görə, yenilənən hökumət noyabrın 28-dən vəzifəsinin icrasına başlayıb. Məlumata görə, noyabrın 26-da ölkə parlamentinin 150 deputatından 110-u yeni hökumətin lehinə səs verib, 19 deputat isə əleyhinə olub. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalifətdə olan “Milli Birlik Hərəkatı” Nazirlər Kabinetinin yeni üzvlərini dəstəkləməyib. …

Read More »

Avropa Parlamentinə prezident seçkisinin tarixi məlum olub

Avropa Parlamenti prezidenti vəzifəsinə yeni seçki 2017-ci il yanvarın 17-də keçiriləcək. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Parlamentindən bildirilib. Məlumata görə, Avroparlamentin hazırkı prezidenti Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb. Xəbərdə bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin prezidentliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda …

Read More »

Ağdamda partlamış “Qrad” raketinin qalıqları aşkarlanıb

Ağdamda partlamış “Qrad” raketinin qalıqları aşkar edilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata əsasən, Ağdam rayonunun Mərzili kəndində torpaq sahəsində 1 ədəd partlamış “Qrad” raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb. ANAMA tərəfindən 3 min kv.m ərazi yoxlanılıb. Ümumilikdə Agentlik aprelin 7-dən noyabrın 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, …

Read More »