Cümə axşamı , 26 Fevral 2026

Dünya

Maltada qəzaya uğrayan təyyarədə ölənlərin hamısı Fransa vətəndaşıdı

Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölən 5 nəfər Fransa vətəndaşıdır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini “Twitter” səhifəsində yazıb.  O, ölənlərin qurumun məmurları olması haqda məlumat təkzib edib: “Bu uçuşun Avropa İttifaqının fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”. ***  Avropa İttifaqının …

Read More »

Yararsız “Galaxy Note 7” smartfonuna görə yeni təzminat forması

Cənubi Koreyanın Samsung Electronics kompaniyası ölkədə yararsız “Galaxy Note 7” smartfonunun sahiblərinə yeni təzminat forması təklif edib. Onlar smartfonlarını digər modellərlə, o cümlədən “Galaxy S7” ilə dəyişə və ya gələcəkdə “Galaxy S8” və “Note 8” ilə dəyişməyə imkan verən proqrama daxil ola bilərlər. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə kompaniyanın press-relizində deyilir. Bir qədər əvvəl “Samsung Electronics” …

Read More »

Danimarkanın Ahrus şəhər bələdiyyəsinin üzvü Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

Danimarka Krallığındakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov bu ölkənin Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Ahrus bələdiyyəsinin üzvü Hüseyin Aracla görüşüblər. AZƏRTAC xəbər verir ki, görüşdə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbət …

Read More »

Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

Dağıstanda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun adına təşkil edilən sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib. AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olublar. 74 kiloqram çəki dərəcəsində mübarizə aparan “Rio-2016”nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin …

Read More »

Bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək

Rezidentlərin yekun attestasiyanın I mərhələsi oktyabrın 25-də, II mərhələsi isə 27-si və 28-i tarixlərində keçiriləcək.“Report”un məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin yekun attestasiyasının təşkilinə dair keçirilən tədbirdə universitetin rektoru Gəray Gəraybəyli deyib.Onun sözlərinə görə, bu il ilk dəfə rezidenturada həkim mütəxəssis hazırlığı aparılan bütün ixtisaslar üzrə yekun attestasiya keçiriləcək: “Attestasiyanın ilk mərhələsi Azərbaycan Tibb Universitetinin virtual test …

Read More »

Dövlət Statistika Komitəsi ilə BMT-nin İqtisadi və Sosial Komissiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) arasında dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyinin həyata keçirilməsi məqsədilə milli strategiya və bu günədək əldə olunan nailiyyətlər müzakirə edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr komitənin sədri Tahir Budaqovun oktyabrın 24-də BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial …

Read More »

Azərbaycanlı diplomatlar İrpen şəhər gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları İrpen şəhər meri Vladimir Karplyukun dəvəti ilə İrpen şəhər gününə həsr olunmuş bayram tədbirlərində iştirak ediblər. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl diplomatlar İrpen şəhərində akademik Zərifə Əliyeva adına dostluq parkını ziyarət edərək görkəmli oftalmoloqun abidəsi önünə çiçək qoyub, abadlığına daim nəzarət olunan parkda yaradılan şəraitlə tanış olublar. Daha …

Read More »

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır

Azərbaycanda idmançıların dopinqdən istifadə edilməsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Yaradılacaq Milli Antidopinq …

Read More »

Azərbaycanda qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirlyindən APA-ya verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur. Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı …

Read More »