Çərşənbə , 7 May 2025

Dünya

Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək. “Report” “Milliyet”ə istinadən xəbər verir ki, səfər oktyabrın 26-27-də baş tutacaq. Nazir ABŞ tərəfinə F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədləri təqdim edəcəyini bildirib: “Gülən üçün hazırlanmış dosyedən daha etibarlı birisi yoxdur və ola da bilməz… Dosyedə rəqəmsal daşıyıcı disklərə yazılmış təxminən …

Read More »

Agentlik direktoru: “İcbari Tibbi Sığortanın baza zərfinə daxil edilən xəstəliklərin sayı artırılacaq”

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev bu gün Yevlax rayonunda İcbari Tibbi Sığorta Sisteminin (İTS) tətbiqi ilə əlaqədar rayon sakinləri ilə görüşüb.  Bu barədə “Report”a agentliyin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Yevlax rayon icra hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova bildirib ki, İTS-in pilot layihəsinin Yevlaxda həyata keçirilməsi sakinlərin tibbi xidmətlərə əlçatanlığını artıracaq, tibbi xidmətlərin …

Read More »

MTRŞ: Bəzi serialların az qala yarısı gizli-açıq reklamdır

“Çayxananın, lap supermarketin reklam edilməsi ciddi və baxımlı kanala yaraşmaz” “Bəzi kanallar xəbər buraxılışlarında reklam xarakterli süjetləri adi xəbər kimi kimi yayımlamaqla onun reklam mahiyyətini gizlətməyə çalışırlar ki, bu da yolverilməzdir”. Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov “Report”a deyib. Şura təmsilçisi vurğulayıb ki, bu, gizli reklam problemini aktuallaşdırır: “Həm də bu, manipulyasiyadır. Monitorinqlər göstərir ki, …

Read More »

İqtisadiyyat üzrə Nobel mükafatının laureatlarının adı açıqlanıb

 İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib. “APA-Economics” xəbər verir ki, mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib. İsveç Mərkəzi Bankı alimlərin hər birinə 8 mln. kron (təxminən $1 mln.) ödəyəcək.

Read More »

Bakı sakini zeytun ağacından yıxılaraq ölüb

 Bakı sakini faciəli şəkildə ölüb. Nərimanov rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Bakı şəhər sakini Bilal Səfərov Nərimanov rayonu ərazisində zeytun yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş B.Səfərov orada ölüb. Faktla bağlı araşdırma aparılır. 

Read More »

İraqın baş naziri Türkiyəni hədələyib

Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində olan Türkiyə hərbçiləri ilə bağlı Bağdad və Ankara arasında gərginlik davam edir. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə,İraq baş naziri Haydar əl İbadi Kərbala şəhərinə ziyarəti zamanı bəyan edib ki, Türkiyənin heç bir şəkildə Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına qatılmasına icazə verməyəcəklər. O, Türkiyəni təhdid edərək deyib ki, İraqda olan Türkiyə hərbi qüvvələrinə yerlərindən …

Read More »

İsveçin Malmö şəhərində güclü partlayış baş verib

 İsveçin Malmö şəhərində  güclü partlayış baş verib. İnsident şəhərin mərkəzində, “Babel” gecə klubunun qarşısında qeydə alınıb. İlkin məlumata görə, klubun qarşısında partlayıcı qurğu işə düşüb. Bomba binanın əsas giriş qapısının qarşısında partlayıb. Partlayış zamanı klubda heç kim olmayıb. Qeyd edək ki, sentyabrın 18-ə keçən gecə Malmödə 15 avtomobil yandırılıb. Sentyabrın 25-də isə naməlum avtomobildən açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb.   …

Read More »

“Qırmızı bağ” filmi Mannheim-Heidelberg Festivalına dəvət edilib

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Qırmızı bağ” festivala təqdim olunan 800 film arasından seçilərək, 15 tammetrajlı bədii filmlər siyahısına daxil edilib. Festival noyabrın 10-dan 20-dək Almaniyanın Manhaym və Haydelberq şəhərlərində keçiriləcək. Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və …

Read More »

Bakıda “Azrustrans” birgə müəssisəsinin yaradılması ilə bağlı saziş imzalanıb

Bakıda “Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” şirkəti tərəfindən “Azrustrans” birgə müəssisəsinin yaradılması ilə bağlı saziş imzalanıb. “APA-Economics” xəbər verir ki, sənədi “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Vüsal aslanov və “Azrustrans” şirkətinin İdarə Heyətinin sədri Cavid Quliyev imzalayıblar. Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i “Azərbaycan Dəmir Yolları” QSC-yə, 49%-i isə “Rusaqrotrans”a məxsusdur. “Azrustrans” taxıl daşımaları ilə …

Read More »

Azərbaycan prezidenti İstanbulda Nikolas Maduro ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyevin və Venesuela prezidenti Nikolas Maduronun İstanbulda görüşü olub. APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulanıb, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edilib. Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın …

Read More »