Cümə axşamı , 26 Fevral 2026

Dünya

Azərbaycan və İran Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsini müzakirə edib

Azərbaycan və İran arasında Xəzərdənkənar hövzələrdə yükdaşımalar sahəsində birgə layihələrin işlənməsi imkanları müzakirə edilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Bakıda QSC-nin sədri Rauf Vəliyevin İran İslam Respublikasının “Qadir dəniz nəqliyyatı holdinqi”nə daxil olan “Negin Kish İnternational Onshore & Development Company” şirkətinin (NKCo) direktorlar şurasının sədri M.Moghadamifərd, şirkətin baş direktoru A.Mohağheğri və kommersiya üzrə meneceri S.Hairzadə …

Read More »

Qanuni diplom alanlarla bağlı yeni baza yaradıldı

Azərbaycan ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bazanın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Məlumat bazasında ilkin olaraq …

Read More »

ATO.AZ saytı fəaliyyətə başlayacaq

Azərbaycan Turan Ocağının (ATO) veb saytı hazırlanır. Bu yaxınlarda fəaliyyətə başlayacaq sayt haqqında ATO başqan yardımçısı İsmayıl Cavadzadə böyukmillet.com-a məlumat verib. O, bildirib ki, ato.az saytı ocağın fəaliyyətini işıqlandırmaqla yanaşı türk dünyasının  ictimai-siyasi, tarixi, mədəni mövzuları əhatə edən materialları da işıqlandıracaq. 

Read More »

Suriyaya humanitar yardım… YPG terrorçularına rəğbət fonunda

Çexiya Qırmızı Xaç Cəmiyyətinin təşkil etdiyi təxirəsalınmaz humanitar yardımın birinci partiyası Suriyaya gətirilib. Suriyaya ümumi məbləği 4,5 milyon kron (166 min avro) olan cəmi iki belə partiya göndəriləcək. Çexiyadan dializ avadanlığı və 22 əlil arabası gəlib. Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa da Suriyaya səfər edib. O, humanitar yardımı Suriyaya, o cümlədən Hələbə buraxılması üçün Suriya siyasətçiləri ilə bir …

Read More »

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ərazilər – SİYAHI

Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq. Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir. Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibiheybət” …

Read More »

“Sadələşdirilmiş verginin ödəyicilərinin nəzərinə…

Analitik-informasiya şöbəsindən İnterpress.az-a verilən məlumata görə,Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Aktual” bölməsində “Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait” bölməsi istifadəyə verilib. Bölmənin yaradılmasında məqsəd sadələşdirilmiş verginin ödəyicilərinin maarifləndirilməsidir. Vəsaitdə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin onlayn qaydada tərtib edilərək vergi orqanına göndərilməsinə dair video təlimatlar da hazırlanaraq yerləşdirilib.Qedy edək ki, cari ilin oktyabr ayı sadələşdirilmiş vergi üzrə hesabat dövrüdür. Bu baxımdan vergi …

Read More »

Bakıda tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

Bakıda intihar hadisəsi baş verib. Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Read More »

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 59 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin sentyabrında dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilib, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilib. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 36 halda 59 nəfər saxlanılıb. Onların 25-i Azərbaycan, 15-i İran, 6-sı Özbəkistan, 5-i Banqladeş, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan, hər …

Read More »

Türkiyədə son iki gündə AKP-nin iki funksioneri öldürülüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbakır əyalətinin Diclə rayon təşkilatının sədri Deryan Akdert gecə saatlarında odlu silhadan açılan atəş nəticəsində həyatını itirib. “Report” Haberturk-ə istinadən xəbər verir ki, silahlılar Deryan Akdertə məxsus yanacaq doldurma məntəqəsində basqın ediblər. İnformasiyaya əsasən, ötən gün AKP-nin Özalp rayon təşkilatı sədirinin müavini Aydın Muştu da uzunçapılı silahdan açılan atəş nəticəsində ölmüşdü. 

Read More »

İslamofobiya bütün Çexiyanı bürüyüb

Polisin məlumatına görə, Praqada keçirilmiş Svyatvatslov nümayişində təxminən 250 nəfər iştirak edib. Nümayişin təşəbbüsçüləri ÇTK agentliyinə bildiriblər ki, bu tədbir Avropanın islamlaşdırılmasına qarşı ümumavropa etirazları çərçivəsində təşkil edilib. “PEQİDA” hərəkatının Britaniya bölməsinin rəhbəri Tommi Robinson Praqada keçirilən mitinqdə deyib: “Biz irqçiliyin və zorakılığın əleyhinəyik”. Lakin o, islam ilə zorakılıq arasında nə əlaqə olduğunu izah etməyib. “Usvit” hərəkatı və dünya dinlərinə …

Read More »