Cümə axşamı , 26 Fevral 2026

Dünya

Balakəndə iş adamı fəryad edir: “Rəis mənə deyir ki, səni ilişdirəcəm”

Ölkə.Az-ın redaksiyasına Balakən rayonundakı iş adamlarından birindən müraciət daxil olub. Müraciət edən şəxs Balakən rayon sakini, rayonda fəaliyyət göstərən «Grand Palace» şadlıq sarayının direktoru Şamil Qebeyev artıq bir ildir ki, rayonun polis rəisi Elnur Həsənov tərəfindən təqib edildiyini bildirir. Daha sonra redaksiyamızla telefon əlaqəsi saxlayan iş adamı 2015-ci ilin iyul ayında polis rəisinin onun yanına adam göndərərək əgər rahat işləmək …

Read More »

MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

Milli Televiziya və Radio Şurası(MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib. Qurumun Aparat rəhbəri Toğrul Məmmədov “Report”a açıqlamasında bildirib ki, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.  O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil: “Qanunvercilik buna yol vermir. Eyni …

Read More »

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yenidən hərbi təlimlərə başlayıblar

Ermənistan Silahlı QüvvələriAğdamın işğal olunmuş ərazilərində yenidən hərbi təlimlərə başlayıb.  APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbi birləşmələri günün ikinci yarısından ağır  artilleriya qurğularından istifadə edərək hərbi təlim keçir. Təlim zamanı hərbi texnikalardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

Read More »

Tbilisi “Dinamo”sunun baş məşqçisi istefaya göndərilib

Gürcüstanın “Dinamo” (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. “Report”un məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır. Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının “pley-off” mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə …

Read More »

Polis əməkdaşları Bakı sakinini intihar fikrindən daşındırıb

Bakıda 23 yaşlı oğlan intihara cəhd edib. “Report”un xəbərinə görə, Binə qəsəbəsində kirayə yaşayan 1993-cü il təvəllüdlü Həsən Cavadzadə intihar məqsədi ilə Nizami rayonu Ə.Hacıyev küçəsi ev 46 ünvanında yerləşən 16 mərtəbəli yeni tikilinin damından özünü atmaq istəyib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polislər H.Cavadzadə ilə söhbət apararaq onu intihar etmək fikrindən daşındırıblar. Faktla bağlı …

Read More »

Məzahir Pənahov: “MSK-ya səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”

“Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb”. “Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər: “Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da …

Read More »

Vergilər Nazirliyi daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyub

 Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib. “Report” xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb. Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var. Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin …

Read More »

Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakıda rəsmi səfərdə olan Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və …

Read More »

Bakı “İnter”inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakının “İnter” futbol klubunun növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. “Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında FİFA-nın sentyabrın 6-da ünvanladığı məktuba əsasən qərar çıxarılıb.  AFFA-ya göndərilmiş həmin məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında mayın 26-da qərar qəbul edildiyi göstərilib. “İnter”in keçmiş futbolçusu Yohan Bokonyano ilə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən növbəti iki transfer dövründə …

Read More »

Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək

Oktyabrın 1-də Minskdə Azərbaycan mədəniyyət bayramı keçiriləcək. “Report” “Belnovosti” portalına istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Belarusda Azərbaycan İcmaları Konqresi, Milli Mədəniyyətlərin Respublika Mərkəzi və Minsk Şəhər İcraiyyə Komitəsidir. Tədbirin təşkilatçılarının sözlərinə görə, Minskin qonaqları və sakinlərini zəngin mədəniyyət və əyləncə proqramı gözləyir. Belə ki, “Sarı gəlin”, “Qafqazın əfsanələri” rəqs qrupları izləyənləri Azərbaycan ənənələri ilə tanış edəcək. Bundan əlavə, müğənnilər …

Read More »