Oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindıən “OLAYLAR”-a bildirilib ki, ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib. Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival …
Read More »Rüstəm Orucovla Elmar Qasımovun liderliyi davam edir
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az bildirir ki, oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidirlər. Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, yenə İlqar Müşkiyev …
Read More »Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir
İtaliyalı deputat: “Səsvermə Avropa standartlarını da ötüb keçir” Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ölkə vətəndaşlarının mütləq əksəriyyətinin səsçoxluğu ilə baş tutdu. Səsvermə hüququna malik Azərbaycan vətəndaşları Konstitusion hüquqlarından istifadə edərək prezident İlham Əliyevun təşəbbüsü ilə reallaşan referenduma “hə” dedilər. İlkin məlumata görə, respublika üzrə seçici fəallığı 69,7 faiz – 3 671 707 nəfər təşkil edib. …
Read More »AMEA-nın Mərkəzi Elmi Kitabxanası hesabat verdi
Kitabxananın oxucuların istifadəsinə verilməsinin 1 il tamam olur Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxuculara istifadəyə verilməsinin 1 illik Hesabat Konfransı keçirilib. AMEA rəhbərliyi, jurnalistlər və MEK əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimindən sonra kitabxana böyük inkişaf yolu keçib. Çıxışda …
Read More »Türkiyəli nazir: “Metsamor” AES bağlanmalıdır
Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası seysmoaktiv zonada yerləşir və region ölkələri, o cümlədən Türkiyə üçün təhlükə yaradır. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında bəyan edib. “Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır. Çernobıl qəzasından sonra dünya və region yeni atom fəlakətinə yol verə bilməz”, deyə …
Read More »Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq …
Read More »Azərbaycan və Rusiyanın vertolyot şirkətləri birgə servis mərkəzinin yaradılmasına dair saziş imzalayıb
“ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Silk Way Helicopter Services” (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın vertolyot holdinqi “Vertolyoti Rossii” niyyət sazişi imzalayıb. “Silk Way Helicopter Services” şirkətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sənədi “Silk Way Helicopter Services” şirkətinin baş direktoru Azər Sultanov və “Vertolyoti Rossii” SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıb. Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o …
Read More »AŞPA missiyası Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırıb
“Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməyib”. APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib. O, nümayəndə heyətinin AŞPA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: “Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq”. …
Read More »Sumqayıt Dənizkənarı Bulvarının açılışı olub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq meydanı inşa olunub. Azərbaycan Respublikasının …
Read More »Referendumun yekun nəticələri açıqlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb. Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib. Səsvermənin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar