Şənbə , 7 Noyabr 2026

Dünya

“Xəmsə” özbək dilində çap edilib

Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, nəşr Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görüb. Kitabın tərcüməçisi şair Olimcan Buriyevdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çap olunan kitab “İstiqlol nuri” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur. Yeni nəşr Özbəkistanın elmi və …

Read More »

Los Ancelesdə Qarabağa həsr olunmuş sənədli filmin premyerası keçirilib

Sentyabrın 14-də ABŞ-ın Los Anceles şəhərində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib. Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət …

Read More »

Referendumla bağlı təşkil ediləcək “exit-poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlanıb

ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb. APA-nın məlumatına görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 respondent …

Read More »

ANS-in müdafiəsinə yeni vəkil qoşulub, məhkəmə təxirə salınıb

Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in hüquqlarının müdafiəsinə yeni qoşulan Fuad Ağayev iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və iclas qeyri-müəyyən vaxtadək təxirə salınıb Qeyd edək ki, …

Read More »