Cümə , 5 Dekabr 2025

Elm

Məktəblərdə direktor müavini vəzifəsinə qəbul üzrə müsahibələr başlayır

Sentyabrın 13-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Müsahibənin vaxtı və yeri barədə namizədlərə sms vasitəsilə məlumat verilib. Müsabiqənin müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri yoxlanılacaq. Müsahibə proqramına “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları, …

Read More »

Nazirlik yeni formalarla bağlı məktəb direktorlarına tapşırıq verib

Elm və Təhsil Nazirliyi məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verib. Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur: “Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib. Valideynlər məktəbli …

Read More »

BŞTİ valideynlərə çağırış edib: “Şagirdlər məktəbə ötənilki formalarla gələ bilərlər”

2022-2023-cü tədris ili üçün yeni məktəbli formalarının alınması məcburi deyil. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, yeni məktəbli forması ala bilməyən şagirdlər ötən tədris ilindəki geyimlərindən istifadə edə bilərlər: “Məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir. Yeni dərs ili üçün …

Read More »

Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib: “Niyə onlar barədə ölçü götürülmür?”

Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır. “Report”un xəbərinə görə, 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub. Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib, ona görə də formaları tikib çatdırmaq mümkün …

Read More »

Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başlayıb

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Boyukmillet.com xəbər verir ki, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Read More »

Azərbaycan Prezidenti Binəqədidə yeni inşa olunan məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il …

Read More »

İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn …

Read More »

Yeni tədris ilində üç idman liseyi fəaliyyətə başlayacaq

“Yeni tədris ilində üç idman liseyinin fəaliyyətə başlaması planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bunlar “Vətən” idman liseyi, Bakı şəhəri 1 nömrəli idman liseyi və Gəncə şəhər idman liseyidir: “Vətən” idman liseyində futbol, Bakı şəhəri …

Read More »

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib. O, universitetin kollektivinə təqdim edilib. Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü …

Read More »

Oktyabrda bağça müdirlərinin işə qəbulu müsabiqəsi keçiriləcək

“Bağça müdirlərinin işə qəbulu müsabiqəsinin oktyabr ayında keçirilməsi planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq: “Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa …

Read More »