AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov jurnalistlərə açıqlamasında deyib. Akademik bildirib ki, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir: “Adətən, AMEA-da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya …
Read More »Emin Əmrullayev məşğul olduğu idman növlərini açıqlayıb
“Təhsil naziri olduqdan sonra ilk dəfədir radioya müsahibə verirəm. Özümü çox rahat hiss edirəm. Müxtəlif təcrübələrin olması yaxşıdır. Avtomobildə gedərkən daha çox radioya qulaq asıram və hesab edirəm ki, radio müəyyən mənada televizyanı geridə qoyur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib. O, telekanallara az hallarda baxdığını bildirib: “Ən çox xəbərlər buraxılışını izləyirəm. …
Read More »Nazir məcburi köçkün məktəblərində dərs deyən müəllimlərin gələcək taleyinə aydınlıq gətirib
Təhsil naziri Emin Əmrullayev məcburi köçkün məktəblərində çalışan və azad edilən rayonların sakini olmayan müəllimlərin gələcək taleyinə aydınlıq gətirib. Boyukmillet.com xəbər verir ki, nazir ASAN Radionun “QəbuldASAN” verilişində hazırda məsələ ilə bağlı təhlillər aparıldığını deyib. Onun sözlərinə görə, artıq azad olunan ərazilərdə məktəb tikintilərinə başlanılıb: “İlin sonunadək Şuşa və Ağdamda təhsil müəssisələri istifadəyə veriləcək. Müəllimlərin tədris üçün həmin məktəblərə getməsi …
Read More »Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb
“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib. Onun sözlərinə görə, hər il Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur: “Bütün məktəbləri eyni vaxtda təmir etmək …
Read More »Nazir: “Pandemiya daha çox ucqar kəndlərdəki şagirdlərə mənfi təsir edib”
“Azərbaycanda pandemiya şəraiti təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib”. Boyukmillet.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib. Nazirin sözlərinə görə, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik: “Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi var. Qiymətləndirmə zamanı pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik”. “Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. …
Read More »Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri jurnalistlərlə görüşüb
AzEdu təhsil portalının təşkilatçılığı ilə Təhsil Nazirliyi yanında İctimai Şura və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdə İctimai Şuranın sədri Günel Səfərova, şuranın üzvü, deputat Etibar Əliyev, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, şuranın üzvləri Məleykə Əlizadə, Gülməmməd Məmmədov, Pərvanə Məmmədova, Rüfət Əsədzadə və Təhsil Jurnalistləri Birliyinin üzvləri iştirak edib. İctimai Şuranın sədri Günel Səfərova şuranın …
Read More »Gəncədə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” qeyd olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibətilə tədbir təşkil olunub. Boyukmillet.com xəbər verir ki, şəhərin Xan bağında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər ictimaiyyətinin nümayəndələri, məktəblilər, yeniyetmə …
Read More »Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”
“Bir həftədir ki, Azərbaycandayıq. Şagirdlərimiz Azərbaycanın tarixini, mədəniyyətini öyrənirlər. Dünən Şuşada olduq, bir sıra yerləri ziyarət etdik. Şuşanın tarixi yerlərini, döyüşlər olmuş əraziləri gördük”. Bunu “Report”a açıqlamasında Türkiyənin Kastamonu rayonunun təhsil şöbəsinin müdir müavini Sərxan Dəmirqıran deyib. O, Kastamonunun Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdlərini müşayiət edir. Türkiyəli məktəblilər hazırda Füzuli rayonundadırlar. S.Dəmirqıran bildirib ki, şagirdlər bu səfərdən olduqca məmnundurlar: “Şagirdlərimiz …
Read More »Baş Prokurorluğun əməkdaşlarına təlim keçirilib
Azərbaycanın Baş prokurorunun müvafiq Sərəncamına əsasən qurumun Elm-Tədris Mərkəzində Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti ilə birgə Baş Prokurorluğun Mətbuat Xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilib. Cari ilin aprel ayının 12-dən 14-dək davam edən təlimin başlıca məqsədi …
Read More »Nazir: “Ukraynadakı azərbaycanlı tələbələrin Azərbaycan universitetlərinə qeyd-şərtsiz köçürülməsi müzakirə mövzusu deyil”
Ukraynada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə aydınlıq gətirilib. Boyukmillet.com xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Nazir bildirib ki, həmin qaydalara uyğun olaraq yay ayları ərzində tələbələr müraciət edə bilərlər: “Bununla bağlı hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricindən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, …
Read More »