“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib. Boyukmillet.com xəbər verir ki, son 2 mövsümü Türkiyə “Kayserispor”unda keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu “Sivasspor”a keçib. Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb. Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub. O, Ağdam təmsilçisinin Bakıda İtaliya “Roma”sına 1:2 hesabı …
Read More »“Neftçi” növbəti transferini açıqladı
“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. Boyukmillet.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mərkəz müdafiəçisi Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı oyunçu 4 nömrəli formanı geyinəcək. Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının …
Read More »“Olimpiakos” “Neftçi” ilə oyunlara 24 futbolçu sifariş etdi
Yunanıstanın “Olimpiakos” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Boyukmillet.com-un məlumatına görə, siyahıda 24 futbolçu yer alıb.
Read More »“Neftçi”nin rəqibi böyük hesabla qalib gəldi
“Neftçi”nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan “Olimpiakos”u yoldaşlıq görüşü keçirib. Boyukmillet.com-un məlumatına görə, Pirey təmsilçisi yerli “Aris” komandası ilə üz-üzə gəlib. Görüş “Olimpiakos”un böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.
Read More »Çempionlar Liqası: “Neftçi” və “Qalatasaray”ın səfər oyunları eyni saatda
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarının proqramı açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, növbəti mərhələdə iki gün ərzində 10 matç gerçəkləşəcək. Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırmış “Neftçi” və mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin “Qalatasaray” klublarının səfər görüşləri eyni gün və saatda başlayacaq. “Ağ-qaralar” Yunanıstanda “Olimpiakos”un, “sarı-qırmızılar” Niderlandda PSV-nin qonağı olacaq: UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, ilk oyunlar 20 …
Read More »“Sumqayıt” və “Keşlə”nin avrokubok oyunlarının hakimləri məlum oldu
“Sumqayıt” və “Keşlə” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisinin Serbiyada “Çukariçki” ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat …
Read More »“Neftçi” fransalı yarımmüdafiəçi ilə anlaşdı
“Neftçi”nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub. Boyukmillet.com “L Equipe” nəşrinə istinadən xəbər verir ki, flaqman Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Roman Baskı transfer edir. Artıq fransalı oyunçu ilə razılıq əldə edən “ağ-qaralar” onunla 2 illik müqavilə imzalayacaq. Paytaxt təmsilçisi bu keçid üçün qarşı tərəfə təzminat ödəyəcək. Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl ölkəsində “Keviyi Ruan” …
Read More »Çempionlar Liqası: I təsnifat mərhələsində cavab oyunları başlayır
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Boyukmillet.com-un məlumatına görə, ilk oyun günündə 11 qarşılaşma baş tutacaq. Estoniyadakı matçda Malta “Hibernians”ını 2 cavabsız qolla məğlub edən “Flora”, Albaniyada “Teuta”ya 4:0 hesabı ilə qalib gələn Moldova “Şerif”i, həmçinin Macarıstanın “Ferentsvaroş”, Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın “Jalgirirs” və Slovakiyanın “Slovan” komandaları növbəti mərhələyə adlamağa daha yaxındırlar. UEFA …
Read More »Ukraynada oynayan futbolçu millimizdən imtina etdi
Ukraynanın “Kremen” komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib. Bu barədə yığmanın baş məşqçisi Samir Əliyev məlumat verib. 42 yaşlı mütəxəssis bildirib ki, 19 yaşlı yarımmüdafiəçinin ailəsi və özü ilə bir neçə dəfə danışıq aparılsa da, nəticə müsbət olmayıb: “Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də olub. Bir və ya iki toplanışda iştirak edib. …
Read More »Qurban Qurbanov: “Azarkeşlərlə bağlı qərara çox sevinirik”
“İlk olaraq, azarkeşlərimizdən başlamaq istəyirəm. Hamımız buna çox sevinirik. Bu qərarı eşidəndən sonra komandada əhval-ruhiyyə həddindən artıq yuxarıdır. İnanıram ki, yaxın gələcəkdə hər şey qaydasına düşər, 50 yox, 100 faiz azarkeşə icazə verilər. Hamımız onlar üçün darıxmışıq”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi yutub kanalına açıqlamasında azarkeşlərin avrokubok matçlarına buraxılması ilə bağlı qərarı şərh …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar