Orxan İsmayılzadənin milyonlarla dəyəri olan daşınar və daşınmaz əmlakı məlum olub SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə bağlı illərdir davam edən məhkəmə prosesi yekunlaşıb. Sabunçu Rayon Məhkəməsində Fidan Abbasovanın iddiası üzrə çıxarılmış qərar Orxan İsmayılzadənin əleyhinə olub. Baxmayaraq ki, Orxan İsmayılzadə atalığın müəyyənləşdirilməsi üçün məhkəmənin təyin etdiyi ekspertizadan keçməkdən imtina …
Read More »Bakıda yağışlar nəticəsində yaranan problemlə bağlı cinayət işi açılıb
Eldar Əzizov keyfiyyətsiz tikinti ilə bağlı istintaqın aparıldığını deyir Oktyabrın 22-də Bakıda güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması nəticəsində Sabunçu rayonu ərazisində tuneldə iki nəfərin həyatını itirməsi ilə bağlı cinayət işinin açıldığı deyilir. “Turan”ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov danışıb. Eldar Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri …
Read More »Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR: Görün kimin oğludur – FOTO
Antalyada Muratpaşa Bələdiyə başçısı Ümit Uysalın 17 yaşlı oğlu, evlərinin hamamında başından tapança ilə vurulmuş halda tapılıb. Onu hamamda qan içində görən yaxınları dərhal şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Dərhal əməliyyata götürülən yeniyetmənin vəziyyəti ilə bağlı bələdiyyə sədri olan atası sosial şəbəkə hesabında bunları yazıb: “Əməliyyat uğurlu keçib. Önümüzdəki 72 saat çox önəmlidir. İndi bir ata olaraq hisslərimi ifadə …
Read More »Beynəlxalq təşkilatlar həbsdəki jurnalistlərə görə dünyanı Azərbaycana təzyiq etməyə çağırıblar
Rəsmi Bakı jurnalistlərin fəaliyyətinə görə həbsini inkar edir Beynəlxalq qeyri-hökumət təşkilatları – “Sərhədsiz Reportyorlar” (“Reporters Sans Frontières”, RSF) və Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitəsi (“Committee to Protect Journalists”, CPJ) beynəlxalq ictimaiyyəti həbs olunan jurnalistlərin azadlığa buraxılması ilə əlaqədar Azərbaycana təzyiq göstərməyə çağırıb. CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Səid bildirib ki, Azərbaycanın mətbuata münasibəti Birləşmiş Millətlər Təşkilatının insan …
Read More »Məhkəmə qərarları: “Prokurorluq “Bandotdel”dəki işgəncəni araşdırmır”
Quba sakini: “Belə üsullarla məni şərləyib, iki ildir həbsdə saxlayırlar” Quba rayon sakini, iki ilə yaxındır həbsdə olan Rəşid Məmmədov bildirir ki, onu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır-red.) o qədər döyüblər, ölümcül vəziyyətə düşüb. İdarənin işçiləri öləcəyini düşünüb, təcili yardım çağırıblar, həkimlər onu xəstəxanaya çatdırıblar. Xəstəxanada həyatını xilas etmək mümkün olub. 1982-ci il təvəllüdlü Rəşid Məmmədov bu barədə …
Read More »Sabirabadda doğuş zamanı ana ölümü: “Qızımın evini Gültac həkim yıxdı”
Ailə həkimi günahlandırır, TƏBİB məsələnin araşdırıldığını deyir Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal Mərkəzin Doğum şöbəsində ana ölümünün qeydə alındığı bildirilir. Məlumata görə, rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da doğuş sancıları ilə xəstəxanaya gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Ailəsinin sözlərinə …
Read More »Azərbaycanın Ermənistanı COP29-a dəvət etdiyi bildirilir
Rəsmi Yerevan dəvəti sülh prosesi üçün faydalı sayır Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət aldığı bildirilir. Bu barədə oktyabrın 25-də Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovanisyan yerli mediaya danışıb. Nazir müavininin sözlərinə görə, hazırda hökumətdə Ermənistanın COP29 konfransında iştirakı məsələsi müzakirə olunur: “Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də …
Read More »Nəcməddin Sadıkov və mərhum nazirlə bağlı 42 milyonluq mənimsəmə ittihamı: “Nəcməddin gəlib danışsın…”
Zahid Niftəliyev deyir ki, bankdan götürülmüş puldan da ona 1 manat çatmayıb 4 il əvvəl lisenziyası ləğv olunmuş “AtaBank” ASC-yə böyük məbləğdə kredit borcu olanlardan biri də Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun yaxın adamı sayılan, “Şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması …
Read More »“MedEra” hospitalının vəkili: “Ağadadaş Ağayevi sakitləşdirmək mümkün olmayıb”
Müğənni canlı yayımda danışacağını deyib Xəstəxananın vəkili Xeyransa Babayeva “Azad Azərbaycan” televiziyasının canlı efirində bildirib ki, Ağadadaş Ağayev xəstəxanaya iki dəfə gəlib və hər ikisində də aqressiv olub. “Görüntülər tam deyil, qısadır. Mən də dünən təsadüfən baxdım. Ağadadaş Ağayev xəstəxanaya girib, söyüş söyməyə başlayıb, qeyri-adekvat hərəkətlər edib, çox aqressiv olub. Onu heç cür sakitləşdirmək mümkün olmayıb. Hətta bizim klinikanın bir …
Read More »Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”
Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib İyulun 9-da özünü yandıran Cəlilabadın Göytəpə şəhər sakini, İkinci Qarabağ müharibəsi qazisi Elnur Eynulla oğlu Əliyevin anası Zülfiyyə Əliyeva Meydan TV-yə danışıb. Valideyinin sözlərinə görə, Elnur özünü 6 ay vətəndaş nikahında yaşadığı həyat yoldaşının ailəsi tərəfindən məhkəməyə veriləndən sonra yandırıb. O, həsxanaya düşəcəyindən qorxduğu üçün bu …
Read More »