Cümə , 3 May 2024

Gündəm

Şərqiyyə Məmmədova: “Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”

“Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemləri barədə tədbirdə danışarkən İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova deyib. O qeyd edib ki, Türkiyədə yaşayan azərbaycanlı müəllimə Aygün Həsənoğlu və digər şəxslər onun haqqında Türkiyə Təhsil Nazirliyinə (Türkiyə Milli Eğitim Bakanlığı) şikayət ediblər: “Məni dəfələrlə nazirliyə çağırıblar. Türklər məni başa düşüb, …

Read More »

İranlı iş adamı olan iki qardaş Azərbaycanda necə “at oynadır”… – Video

Təhsil işçisi olan xanın: İskəndərova Cəmilə Soltan qızı Azinforum.az-a verdiyi eksklüziv videomüsahibədə əslən İrandan olan iki qardaş: Mehriyar və Mehrdad Moharramzadeh adlı iş adamlarının rəhbərlik etdiyi “Vienna-A MTK” dan narazılığını ifadə edib. Şikayətçi iddia edir ki, iranlı iş adamları ortada ciddi əsas olmadan ona məxsus mənzili əlindən almaq istəyirlər. Boyukmillet.com həmin sensasion müsahibəni təqdim edir, eyni zamanda bildiririk ki, adları …

Read More »

Elşad Abdullayev “Miatsum” liderinin yanında necə gözükölgəli olub

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, AR Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan, ermənipərəst Fransada özünə sığınacaq tapan Elşad Abdullayevin Azərbaycanın yüksək vəzifəli şəxslərinin, o cümlədən hüquq-mühafizə və cinayət təqibi orqanlarının rəhbərlərinin ünvanına şər-böhtan kampaniyası apardığı xarici saytlarda, internet kanallarında çıxışlarından onun erməni sevgisi özünü açıq-aşkar göstərir. Özü də bu sevgi heç də onun qaçaq düşməsindən sonrakı …

Read More »

Sabir Rüstəmxanlı: “Kadrların biri gedir, başqası gəlir, amma vəziyyət dəyişilmir”

“Xahiş edirəm, bizim müraciətlərə diqqətlə yanaşsınlar. Biz əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən tədbirlərdən çox danışırıq. Bu sahədə müəyyən islahatlar aparılır. Başa düşmürük, necə olur ki, ildən-ilə əhalinin narazılığı azalmaqdansa, artır”, Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, işsizlik, sosial yardımların düzgün bölünməməsi, qohumbazlıq, rüşvətlə iş görmək, əhali üçün ayrılmış …

Read More »

“Hacı Şahin iranpərəstlər tərəfindən bütləşdirilir”

“Biz Hacı Şahini cəhalətə qarşı çıxdığına görə təqdir edirdik. Amma ölümündən sonra o, cəhalətin katalizatoruna çevrilib. Biz onu Azərbaycan İslamını İranın təsirindən çıxarmaq istiqamətindəki fəaliyyətinə görə alqışlayırdıq. Amma o, iranpərəstlər tərəfindən bütləşdirilir”.Boyukmillet.com xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüsal Məmmədov bildirib. Jurnalist daha sonra qeyd edib: “Sual yaranır: Bu halda Hacı Şahinin Azərbaycan üçün oynadığı rol nədən ibarət olub?! …

Read More »

“Azərlotereya” Naxçıvanda 4 yeni qumar məntəqəsi açmağı böyük “uğur” sayır? – Videotənqid

Azərbaycanın lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb. Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib: “Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin – “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada …

Read More »

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə …

Read More »

“İnstpower” fırıldağı – Minlərlə vətəndaş pul itirdi

Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan “İnstpower” piramidasının da fəaliyyətini dayandırdığı bildirilir. Piramidanın adminlərinin sistemi söndürdüyü deyilir. Boyukmillet.com Marja.az-a istinadən xəbər verir ki,  sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir. İnstpower”in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə “investorların” hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar …

Read More »

Bakıda hipermarketə silahlı basqının detalları: “Qabaqcadan hazırlanan…”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib. “Xəbərertəsi” verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib: “Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil …

Read More »

Bakıda “Bravo”da atışma olub

Bakıda “Bravo” Supermarket Şəbəkəsində atışma olub. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.  

Read More »