89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 17 sentyabr 2020- ci il tarixində Ağdaş rayonuna səfər etdi.İlk öncə Ağdaş rayonu Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə tər qərənfillər düzərək, ruhunu ehtiramla yad edib. Sonra deputat təmsil etdiyi ərazidə yerləşən rayonun Cardam kənd tam orta məktəbində məktəbə ilk qədəm qoyan birincilərlə görüşdü. …
Read More »“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar”
İntiqam İbrahimoğlu: “Düşünmürəm ki, alman dövləti ermənilərin təbliğatına inanar, yaxud onlarla siyasi məsələlərdə razılığa gələr” Son günlər sosial şəbəkələrdə Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə müxtəlif ölkələrdən ermənilərin köçürülməsi ilə bağlı xəbərlər və videogörüntülər yer alıb. Ermənilərin təxribatları illərdir davam etsə də, nə beynəlxalq müstəvidə, nə də iki ölkə arasında rəsmi səviyyədə öz həllini tapır. Yayılan digər provokativ məlumatlarda isə, Avropada Dağlıq Qarabağın “müstəqil …
Read More »Samir Adıgözəlli: “…qeyri-ixtiyari olaraq, icra hakimiyyətlərinin bütün fəaliyyəti ictimai nəzarət altında olacaq”
Məlum olduğu kimi, son bir ayda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bir neçə dəfə ölkəmizdə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşüb. Sentyabrın 17-də isə H.Hacıyev növbəti görüşünü keçirib. Bu dəfə Prezident köməkçisinin görüşü QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə baş tutub. Baki-xeber.com xəbər verir ki, H.Hacıyev ölkə Prezidentinin çağırışına uyğun …
Read More »Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi
Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya blokadası yazıldı. Mənfur Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində bu qədim diyara gələn bütün kommunikasiya xətləri, o cümlədən teleradio ötürücü qurğuları tamamilə dağıdılaraq məhv edildi. Həmin dövrdə çörək növbəsi, su qıtlığı, enerji çatışmazlığı və başqa problemlərlə mübarizə aparan naxçıvanlılar ölkədə olub-bitənlərdən də xəbərsiz qaldılar. Lakin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdan və buradan …
Read More »Tofiq Yaqublu azadlığa buraxıldı – SON DƏQİQƏ (YENİLƏNİB)
Bu dəqiqələrdə Tofiq Yaqublu azadlığa buraxıldı. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəmə prosesi başlayıb. BOYUKMILLET.COM məlumatına görə, bu gün onun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılır. Prosesə hakim Elmar Rəhimov sədrlik edir. Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu …
Read More »“Bir ay sonra dərslər dayandırıla bilər” – Həkim-terapevt açıqladı
“Yoluxma sayı Azərbaycanda da arta bilər. Amma hər şeyi bağlamaqla bu düzələ bilərmi? Yox, düzələ bilməz, olacaqsa olacaq. Necə ki, iyun-iyul ayında bizdə yoluxma sayı çox yüksək oldu”. BOYUKMILLET.COM xəbər verir ki, bunu milli.az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin həkim-terapevti Elnur Eldaroğlu deyib. Həkim bildirib ki, karantin qaydalarına riayət etməklə, bundan sonra koronavirusla yaşaya-yaşaya da həyata davam edə bilərik: “Avropada martda və aprelin ortalarında …
Read More »Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: “İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”. Həmçinin …
Read More »Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
Atəşkəs rejimi bu gecə də pozulub Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal …
Read More »Vilayət Eyvazovdan işdən çıxardığı polis rəisinin yerinə TƏYİNAT
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Boyukmillet.com–un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovniki Elsevər Qədirov vəzifədən azad edilərək, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin (PŞ) rəisi təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik V.Eyvazovun …
Read More »Azərbaycanda dəhşətli qətl: Qayınata və qayınanasını güllələdi
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. Boyukmillet.com xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb. R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
