Şənbə , 6 Dekabr 2025

Gündəm

On altı şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Boyumillet.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də qərar verib. Qərara əsasən, həftəsonu – 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları …

Read More »

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 137 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 502 965 test aparılıb. Aktiv xəstə sayı 8 212 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Read More »

Xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar təsdiqləndi

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən …

Read More »

Yusif İldırımzadənin qardaşı oğlu həbs edildi

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib. Boyukmillet.com xəbər verir ki, Ü. İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.  O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.  İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Qeyd …

Read More »

Türk dövlətində pandemiyanın ikinci dalğası başladı

Şimali Kiprdə 75 gün sonra yenidən koronavirusa yoluxma faktı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, adada COVID-19 xəstələrinin sayı 3-ə çatıb. Ölkənin Səhiyyə naziri Ali Pilli verdiyi yazılı açıqlamada son sutka ərzindı 569 nəfərin testdən keçirildiyini, 2 nəfərin nəticəsinin pozitiv çıxdığını qeyd edib. Nazir onların Kiprə hava yolu ilə daxil olduğunu vurğulayıb. Xəstələr paytaxt Lefkoşadakı dövlət xəstəxanasına yerləşdirilib. Onlarla təmasda …

Read More »

AzTV: Şirkətdə həftədə ən azı 1-2 dəfə dezinfeksiya işləri aparılır

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iki əməkdaşının ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı qeyd etmək istəyirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətdən bildirilib. Məlumatda qeyd olunur ki, QSC-nin həyəti və …

Read More »

Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır – XƏRİTƏ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Read More »

İsmayıllıda karantini pozan oyun zalının icarədarı və müştəriləri cərimələndi

İsmayıllıda karantin qaydalarını pozan oyun zalı aşkarlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir. Polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar edilib. İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin “play station” …

Read More »

AzTV-nin koronavirusa yoluxan daha 5 əməkdaşı müalicə alır

““Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib”. “E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının …

Read More »

Sabah küçəyə çıxmayın – XƏBƏRDARLIQ!

Boyukmillet.com xəbər verir ki, sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. “Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, məlumatda bildirilib.

Read More »