Çərşənbə , 15 May 2024

Gündəm

Dollar bahalaşaraq son 2 ilin ən yüksək həddinə çatdı

Türkiyədə dollar və avronun məzənnəsində kəskin bahalaşma qeydə alınıb. Boyukmillet.com Türkiyə birjasına istinadən xəbər verir ki, dolların məzənnəsində son 2 ilin ən yüksək məzənnəsi qeydə alınıb. Hazırda 1 dollar 7.16 lirəyə mübadilə olunur ki, bu da 1.28 faiz bahalaşma deməkdir. Avronun məzənnəsində isə 0.83 faiz bahalaşma müşahidə olunub. Hazırda 1 avro 7.73 lirə səviyyəsinə çatıb. Qızılın qiymətində isə ucuzlaşma qeydə alınıb. …

Read More »

KİVDF-də daha bir yenilik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2020-ci ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni icraçı direktoru təyin edilib. Hazırda Əhməd İsmayılovun rəhbərliyi ilə Fondda yeniləşmə işlərinə başlanılıb.  Hələki təhvil-təslim prosesini yaşayan KİVDF-də mətbuatın inkişafına xidmət edən yeniliklərin olacağı gözlənilir.“Rupor” saytı KİVDF-nin rəsmi saytının hələ də köhnə versiyada qalmasının səbəbi ilə maraqlanıb.Fondan bildiriblər ki, yeni …

Read More »

MTRŞ-nin yeni sədri islahatlara başladı – Aparat rəhbərini işdən çıxardı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov rəhbəri olduğu qurumda islahatlara başlayıb. Boyukmillet.com bildirir ki, İsmət Səttarov Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyevi vəzifəsindən azad edib. İ.Səttarovun digər əmri ilə MTRŞ-nin Aparat rəhbəri vəzifəsinə, sədrin köməkçisi Fazil Novruzov təyin olunub.   /Unikal.org/

Read More »

Azərbaycanda BU GÜN 76 nəfər koronavirusa yoluxdu – RƏSMİ

Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti …

Read More »

Qüdrət Həsənquliyevə məxsus binanın görüntüləri yayıldı

Sosial şəbəkələrdə BAXCP sədri Qüdrət Həsənquliyevə məxsus binanın görüntüləri yayılıb. Görüntülərdən məlum olur ki, bina tam hazır vəziyyətdədir, demək olar ki, bütün mənzillər satılıb. Binanın satış ofisindən bildirilir ki, binanın sahibi deputat Qüdrət Həsənquliyevdir. Onun yaxın qohumu olan Çingiz adlı şəxs burada nəzarəti həyata keçirir. Həmin Çingiz adlı şəxsin Bakıda “Çingizxan” adlı restoranının da olduğu deyilir. Müxalifət partiya sədrinin şəhərin …

Read More »

Daha üç rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və …

Read More »

Sabir Rüstəmxanlıdan DTX-yə çağırış: “Yardımlının da icra başçısı həbs olunmalıdır”

“Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib. S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar: “Mən hələ …

Read More »

Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Baş Prokurorluqdan verilən məlumatda deyilir: Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının …

Read More »

Həbs edilən icra başçısı: “Bugünkü durumuma görə çox utanıram” (VİDEO)

“Bu kimi əməllərə görə, əlbəttə ki, peşimançılığımızı çəkirik”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev həbs edilərkən deyib. “Mən şəxsən özüm buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”, – deyə sabiq icra başçısı vurğulayıb. Qeyd edək ki, DTX-də aparılan cinayət işi üzrə Mahir …

Read More »

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.  “Report”un xəbərinə görə, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.  Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Read More »