Çərşənbə , 15 May 2024

Gündəm

Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? – RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, – deyə E. Zahidov …

Read More »

Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub: 17 nəfərin vəziyyəti ağırdır – Qərargah rəsmi məlumat yaydı

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, cüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir: “Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli …

Read More »

Azərbaycanda hansı şəhər və rayonlarda nə qədər koronavirusa yoluxan var? – İlk dəfə açıqlandı (SİYAHI)

Azərbaycanda koronavirusun yayılma coğrafiyası ilk dəfə açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu haqda koronavirusinfo.az saytı məlumat yayıb. Qeyd edək ki, Operativ Qərargah ancaq yoluxma hallarının sayına dair məlumatları açıqlayırdı, virusun hansı ərazidə neçə nəfərdə qeydə alındığı barədə məlumatlar isə qapalı idi. İndi açıqlanan məlumatdan məlum olur ki,  infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.  Onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) …

Read More »

“Mən sizə bir övlad, həyat yoldaşı, ana və nənə olaraq müraciət edirəm” – Mehriban Əliyeva xalqa səsləndi

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət ünvanlayıb. Boyukmillet.com müraciətin mətnini təqdim edir: Əziz həmvətənlərim! Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi. Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! …

Read More »

Koronavirusun səthlərdə qalma müddəti açıqlandı – VİDEO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) koronavirusun (COVID-19) səthlərdə qalma müddəti ilə bağlı videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, görüntülərdə virusun plastik qablarda 5 gün, şüşədə 4 gün, dəmirdə 48 saat, alüminiumda 2-8 saat, kağızda 4-5 gün, rezin əlcəkdə 8 saat, taxtada 4 gün qaldığı əks olunub. Qeyd olunub ki, evlərinizdə gündəlik toxunduğunuz səthləri tez-tez təmizləyin: “Unutmayın sağlamlığınız üçün gigiyena əsas şərtdir.

Read More »

ŞOK ƏMƏLİYYAT: Türk pilotsuz aparatı generalı MƏHV ETDİ

Liviyada Xəlifə Haftarın rəhbərliyindəki üsyançı ordunun generalı məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Haftara yaxınlığı ilə bilinən televiziya məlumat yayıb. Bildirilib ki, vacib əməliyyatları idarə edən Salim Diyak hava hücumu nəticəsində öldürülüb. İddialara görə, general Türkiyənin pilotsuz uçuş aparatı ilə hədəfə alınıb. Əməliyyat zamanı həmçinin bir qərargah yerlə bir edilib.  /Publika.az/

Read More »

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu – 147 nəfərdən vəziyyəti ağır olanlar da var

Boyukmillet.com xəbər verir ki,Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.  Məlumata görə, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir: “Ölkədə …

Read More »

Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: – ayaqyolunadək…

Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboy rayon İcra Hakimiyyətinə başçı təyin olunan​ Quliyev Məhərrəm Böyükağa oğlunun ötən illər ərzində göstərdiyi müəmmalı fəaliyyəti, bu gün də daha çox söz-söhbətə səbəb olan, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir.Bununla bağlı cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara, bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə, Goranboya lazımınca bələd olmayan …

Read More »

Azərbaycanda daha 29 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olmuş, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz …

Read More »

Çin Gürcüstana 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir. Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların …

Read More »