Çərşənbə , 24 Aprel 2024

Gündəm

Qazilər nazirliyə niyə hücum edib? – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir qrup Vətən Müharibəsi qazisinin iştirakı ilə insident baş verib. Məsələni müzakirə etmək üçün Baku TV-nin efirində yayımlanan “Üzbəüz” verilişinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov və qazi Vasif Dilavərzadə qonaq olub. Fazil Talıbov bildirib ki, bu hadisə eyni qazilər tərəfindən bundan əvvəl bir …

Read More »

Vilyam Hacıyev: “Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, barəsində irəli sürülən ittihamların əsassız olduğunu deyib: “Dövlətə dəyən maddi ziyanı ailəmə məxsus əmlaklarla ödəməyə hazıram”. Daha sonra dövlət ittihamçısı V.Hacıyevə …

Read More »

Səlim Müslümov ev dustaqlığına buraxılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlığa buraxılıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edək ki, Səlim Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və …

Read More »

İrəvanda Atatürkün portreti erməniləri hiddətləndirib

Ermənistanın paytaxtı İrəvanın küçələrindən üzərində Mustafa Kamal Atatürk və Fateh Sultan Mehmetin portretləri olan yük maşını keçib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, sosial şəbəkədə hadisə ilə bağlı video yayılıb. Görüntülər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.

Read More »

Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub. Boyukmillet.com xəbər verir ki, təqsirləndirilən şəxsə məxsus 5 344 000 manat dəyərində daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub. V.Hacıyevə məxsus əmlaklar onun həyat yoldaşı və oğlunun adına rəsmiləşdirilib. V.Hacıyevin üzərinə həbs qoyulmuş əmlakların tam siyahısı: – İbrahimova Cülyetta Paşa qızının adına …

Read More »

Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid ifadə verib. Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vüsal Niftəliyev dindirilərkən bildirib ki, hazırda işsizdir. O qeyd edib ki, V.Hacıyevin İmişli RİH-də işlədiyi dövrdə maliyyə yardımın göstərilməsi ilə bağlı rayon icra hakimiyyətinə …

Read More »

Mübariz Mənsimovun kölgədə gizlətdiyi GERÇƏK ÜZÜ…

Mübariz Mənsimovun qəfil yenidən peyda olması və “təmizə çıxmağa” hesablanmış iddialarını, uydurmalarını tirajlaması, əlaxüsus da özünü “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməsi və “xeyriyyəçi” imici formalaşdırmağa çalışması onun kölgədə qalan gerçək üzünün nə olduğunu ortaya çıxardı. Əvvəlcə oradan başlayaq ki, Mübariz Mənsimov “yaxşılıq etmişəm” minnətini qoymağa çalışdığı Azərbaycana nə vaxt hücuma keçməyə başladı. 2018-ci ildə “Palmali” şirkətinin ciddi maliyyə çətinliklərinin olduğu …

Read More »

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar.  Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız Demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb.  Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər. …

Read More »