“General-mayor Sevda Şirinova. Sevda xanım kimdir? Fövqaladə Hallar Nazirliyinin kadrlar idarəsinin rəisi. Xanım general nə az nə çox, 15 ildir FHN-də kadr məsələlərini həll edir. 2005-ci ilə qədər də Gömrük Komitəsində çalışıb. Bunlar bir yana, mən elə bildim bu xanım Nikolayın dövründə işləyib”. Boyukmillet.com Mia.az -a istinadən xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli deyib. …
Read More »Nazirlər Kabineti karantini pozan şəxslərlə bağlı göstəriş verdi
İran İslam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar. Boyukmillet.com bildirir ki. bu barədə Oxu.Az-a Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək …
Read More »“Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım” – İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət …
Read More »Təcili: Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı
Boyukmillet.com xəbər verir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir. Operativ qərargahdan verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə …
Read More »İrandan qayıdan azərbaycanlının halı pisləşdi – Karantinə alındı
İrandan yeni qayıdan Ağdaş sakini xəstəxanaya yerləşdirilib. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, Abad kənd sakini olan həmin şəxs qonşu ölkədən bir neçə gün əvvəl qayıdıb.Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunur ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb:“Hazırda onun temperaturu normaldır. …
Read More »İdlib hücumu: Türkiyə siyasətini dəyişəcək… – İsti şərh
Türk ordusuna qarşı təşkil edilmiş bu xain hücum müharibə qanunları çərçivəsində deyil. Bu, çox ağır bir cinayətdir. Boyukmillet.com xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İdlibdə 33 türk əsgərinin şəhid olmasından sonra Türkiyə və Rusiya arasında yaranmış vəziyyəti şərh edərkən deyib. O bildirib ki, hazırda Suriyada müharibə şəraiti yaranıb: “Türkiyə həm öz sərhədini qorumaq, həm də ölkəsinə qaçqın axınının …
Read More »Prezidentdən kommunal xidmətlərlə bağlı qərar
Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb. Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, …
Read More »SON DƏQİQƏ: NATO Türkiyəyə görə TƏCİLİ TOPLANIR
NATO bu gün fövqəladə iclas keçirəcək. Qurumdan verilən açıqlamaya əsasən, baş katib Yens Stoltenberq NATO-nun Türkiyənin 4-cü maddə çərçivəsində tələbi ilə toplaşacağı barədə məlumat verib. İclasda 29 ölkənin daimi nümayəndələri iştirak edəcək. Vaşinqton anlaşmasının 4-cü maddəsi bir ölkənin ərazi bütövlüyünün siyasi təhlükə altında olması vəziyyətində həmin aktora quruma üzv ölkələri məsləhət iclasına çağırmaq hüququ verir.
Read More »Rusiya Krımın, Ermənistan Dağlıq Qarabağın işğalından əl çəkəcək?
Kim təminat verər ki, işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının yeni “təhlükəsizlik paketinin” şərtlərini yerinə yetirəcək? ABŞ, Almaniya və Rusiya ekspertlərinin birgə hazırladığı 170 səhifəlik analitik hesabatda Azərbaycanla bağlı da hissə var. Bütövlükdə isə hesabatda Azərbaycandan başqa 5 dövlətin – Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun xarici siyasəti tətqiq edilib, yeni təklif irəli sürülüb. Hesabatın adı da maraqlıdır: “Orta xətdəki dövlətlərin …
Read More »“Azərbaycanda koronavirusun olmadığına inanmıram” – Partiya sədri
Azərbaycanda koronavirus şübhəsi ilə 186 nəfər müşahidə altına alınıb. Buna baxmayaraq, Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma halının qeydə alınmadığını bəyan edib. Bu isə müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Sosial şəbəkələrdə virusun Azərbaycanda olduğu, lakin əhalidə təşviş yaratmamaq üçün bu barədə rəsmi məlumat verilmədiyini yazanlar var. Vətəndaş və İnkişaf Partiyasının sədri, biologiya elmləri namizədi, Azərbaycan Tibb Universitetinin müəllimi Əli Əliyev …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
