Bazar , 30 Mart 2025

Gündəm

Korrupsioner Vilyamın sayıqlamalarını əsas götürüb, ölkəmizin ərazi bütövlüyünü hədəf alanlar…

Deyir, bir dəli quyuya daş atdı, 100 ağıllı yığışıb onu çıxara bilmədi. Korrupsiya ittihamına görə həbs edilən Vilyam Hacıyev məhkəməsində məsuliyyətsiz və savadsız bir söz işlədib. Özünə imtiyaz qazanmaq üçün deyib ki, “Niyə məni müalicəyə göndərmirsiniz, axı mən Naxçıvanın fəxri vətəndaşıyam”. Yəqin ki, Vilyamın evindən çıxan pulun miqdarı hamının yadındadır. Həmin kadrlar telekanallar vasitəsilə geniş yayımlanıb. İndi bu adam yığdığı …

Read More »

Xaçmazda Eldəniz Səlimov hadisəsindən sonra daha bir məmur özbaşınalığı

Deyəsən, xaçmazlıların məmur və deputat sarıdan heç bəxti gətirmir. Eldəniz Səlimov mandatı türməyə “ezamiyyət”lə əvəzləyəndən sonra, hamı belə başa düşdü ki, həmin rayonda bir müddət məmurlar öz qınlarına çəkilər. Təəssüf ki, bunun əksini görürük. Fotoda gördüyünüz bu şəxs Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Vüsal Hüseynovdur. Xaçmazdan Azinforum.az-a yazırlar ki, onunməmur özbaşınalığının kulminasiya nöqtəyə çatıb. Bildirilir ki, Vüsal Hüseynov bu ilin …

Read More »

Paşinyan Zelenskinin yanına elçi göndərdi

Ermənistanın Ukraynaya yeni təyin olunmuş səfiri Vladimir Karapetyan etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib. Boyukmillet.com xəbər verir ki, Ukrayna Prezidenti Karapetyanı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, Ermənistanla Ukrayna arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Görüçdə Ermənistan və Ukrayna ikitərəfli hökumətlərarası komissiyanın iclasını keçirmək barədə razılığa gəliblər. Karapetyan Zelenskiyə Ermənistanın Baş naziri Nikol Paşinyanın xoş arzularını …

Read More »

Şahbaz Quliyev Kəlbəcərdə girov düşdüyü yerə getdi – FOTO

Keçmiş girov Şahbaz Quliyev doğma yurdu Kəlbəcəri ziyarət edib. Bu barədə Modern.az-a o özü məlumat verib. Bu yaxınlarda Kəlbəcər rayonuna gedən Ş.Quliyev illər öncə ermənilər tərəfindən girov götürüldüyü yerə də baş çəkdiyini bildirib. “Bir neçə gün əvvəl Kəlbəcərə getmişdim. Saxlanıldığım yerə baş çəkdim, azad olunmuş torpaqlarımıza ayaq basdım, oraları ziyarət etdim”, – deyə erməni girovluğundan azad edilən Ş.Quliyev vurğulayıb. Qeyd …

Read More »

Həbsdə olan sabiq deputat məhkəmədə qardaşına “şərəfsiz” dedi…

Sabiq deputat Rəfael Cəbrayılov yenidən hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir. Sonuncu prosesdə Rəfael Cəbrayılov deyib ki, iş üzrə zərərçəkən kimi tanınan adamlar əslində ona sələmlə pul vermişdilər.Sabiq deputat zərərçəkənlərin ifadələrinə etiraz edib, onların yalan danışdığını bildirib. Zərərçəkmiş qismində Yusif Orucov, Şəhanə Məmmədova, Sənan Ağamirov, Məlahət Qurbanova ifadə …

Read More »

Türkiyədə meşə yanğını olub

Türkiyənin İstanbul şəhərində meşəlik ərazidə yanğın olub. Boyukmillet.com xəbər verir ki, hadisə Pendikdə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Yanğına qurudan müdaxilə edilib, habelə alovun söndürülməsi üçün əraziyə helikopter cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb və alovun genişlənməsinin qarşısı alınıb.

Read More »

Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının məhkəməsi… – Hakim özünə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məlumata görə, hazırlıq iclası hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxslərdən biri ilə qohumluq əlaqəsi olduğuna görə tərkib heyətində olan hakim Telman Hüseynov özü-özünə etiraz edərək işə baxmaqdan imtina edib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük …

Read More »

Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı – notaya reaksiyalar

Deputatın sözlərinə görə, Azad İran beynəlxalq konfransına qatılması qonşu ölkənin hakim dairələrində, xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb; Tehran Bakıya nota verdi; Fəzail Ağamalı: “Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm” Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun …

Read More »

Üçtərəfli anlaşma və təkqapıya oyun: Kremlin əsl məramı sülh deyil

Rauf Mirqədirov: “10 noyabr bəyanatını diqqətlə oxumaq lazımdır, orada qeyri-müəyyənliklər var” Son günlər Rusiya ilə Azərbaycan arasında “soyuq küləklər” əsməkdədir. Münasibətlərin gərginləşməsi bir neçə amillə xarakterizə edilir. Birincisi, Rəsmi Bakını narahat edən məqam Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətidir. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl olunmur. Xüsusilə də, Bəyanatın 4-cü …

Read More »

Eldar Həsənovun məhkəməsinin vaxtı məlum olub

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 27-ə təyin olunub. Boyukmillet.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və …

Read More »