Cümə axşamı , 2 May 2024

Gündəm

Şəkidə ərə verilən 15 yaşlı qız valideynlərinin evinə qaytarılıb, ailə nəzarətə götürülüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. O bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə …

Read More »

Casusluqda ittiham olunan ermənilərin məhkəməsi başladı

Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilir.

Read More »

Hərbi Prokurorluq zabitin intiharı ilə bağlı məlumat yaydı

İyulun 12-də Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb …

Read More »

Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi “Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi” adlı hesabat hazırlayıb. Mərkəzdən  verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır. İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin …

Read More »

Orta İxtisas Polis Məktəbində ilk buraxılış mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin ilk buraxılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Məktəb muxtar respublikanın hüquqmühafizə …

Read More »

Türkiyə səfiri: “Bu savaş Türk Dünyası üçün dönüş nöqtəsidir”

“Türkiyənin Azərbaycandakı səfiri olaraq ilk dəfə Gəncədəyəm”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib. C. Bağçı deyib ki, bu səhər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, hazırda isə cəbhədə cəsarət göstərə bilməyən Ermənistan Ordusunun müharibənin gedişini dəyişdirmək üçün Gəncədə mülki insanların yaşadığı binalara endirdiyi zərbələrin olduğu yerdədir: “Qarabağ Zəfəri ilə bağlı Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu …

Read More »

Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar. Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Read More »

“AzInTelecom”da yeni təyinat olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Rəşad Xalıqova həvalə edilib. O, 1988-ci ildə Bakıda anadan olub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsində təhsil alıb. R.Xalıqov Fransada …

Read More »

Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq”

Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq” Tanınmış ictimai xadim, xeyriyyəçi, tele aparıcı Hacı Nuran bir müddət əvvəl həbs edilən iş adamı Tural Zeynalov haqqında düşüncələrini paylaşıb. Boyukmillet.com  Hacı Nuranın paylaşımlarını öz oxucularına təqdim edir .”….” 10.07.2021 … Şəmkirə nə vaxt yolum düşsə Tural Allahverdi oğlu Zeynalova Tural Zeynalov @zeynalov8470 mütləq baş çəkməliyəm … Tural mənim vəfalı …

Read More »

Polis rəisinin özünü güllələyərək öldürməsi ilə bağlı cinayət işi açılıb

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam …

Read More »