Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hər gün keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin …
Read More »Türkiyə PKK-nı bitirir – Terror təşkilatına unudulmaz zərbə
Təhlükəsizlik qüvvələrinin “sona çatan terrorizm” strategiyası ilə PKK-nın ölkə daxilindəki hərəkət bölgələri ciddi şəkildə məhdudlaşdırılıb. Son üç ildə həyata keçirilən müvəffəqiyyətli əməliyyatlarla 809 terrorçu zərərsizləşdirilib, təşkilatın 832 üzvü təslim olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Məlumatda PKK terror təşkilatını birdəfəlik sıradan çıxarmaq üçün yeni dövrün başladığı bildirilib. Bu istiqamətdə terrorizmlə mübarizə üçün kritik bölgələrdə təhlükəsizlik …
Read More »Lənkəranda qapalı zalda futbol oyunu təşkil edənlər cərimələndi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və …
Read More »Zərdabda COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Xəbər verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Zərdab rayon prokurorluğundan verilən məlumata görə, Zərdab rayon sakini 1962-ci il təvəllüdlü Hüseynov Telman Əli oğlunun “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl …
Read More »Bu gün Ermənistanda vətəndaş itaətsizliyi aksiyası keçiriləcək
Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan vətəndaş itaətsizliyi aksiyasına başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, həmin təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-dək möhlət verib. Ancaq müxalifət hesab edir ki, N.Paşinyan onların irəli sürdüyü ultimatumu qəbul etməyəcək. Ona görə də həmin siyasi qüvvələrə Ermənistanı iflic vəziyyətinə salmağı planlaşdırıblar. Onlar saat …
Read More »Səhiyyə Nazirliyi evlərə çağırılan təcili yardımın gecikməsinə aydınlıq gətirib
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib. Boyukmillet.com-un xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib. O qeyd edib ki, bu məqsədlər üçün təcili …
Read More »Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb
“Aparılan karantin tədbirlərinə baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir. Yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyəti ilə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır”. Boyukmillet.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu …
Read More »Ermənistanda Paşinyanın əleyhdarları sırasına icmalar da qoşuldu
Ermənistanın Şirak əyalətinin Azatan, Beniamin, Axuryan, Ovtaşen, Marmaraşen icmalarının rəhbərləri və administrasiyaların əməkdaşları respublikanın çoxsaylı icmalarına qoşulublar və ölkənin antimilli, fərasətsiz hakimiyyətinin – baş nazirin, habelə hökumətin təcili istefasını tələb edirlər. Bu barədə Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir. “Bütün icma liderlərini və Ağsaqqallar Şurasının üzvlərini ən qısa zamanda istefa tələbinə qoşulmağa, Ermənistanın və erməni xalqının şərəf və ləyaqətini xilas etməyə …
Read More »ÜST-dən koronavirus peyvəndi ilə bağlı tövsiyə
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen bildirib. “Düşünmürəm ki, məcburi vaksinləmə yolu ilə getməliyik”, – o deyib. Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib. Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada …
Read More »Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar
