Bazar , 19 Yanvar 2025

Gündəm

Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv …

Read More »

MN: Ermənistan hərbi komandanlığı öz əsgərlərinin güllələnməsi barədə əmr verib

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib: “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub …

Read More »

Pakistan Müdafiə Nazirliyindən Azərbaycana dəstək

Pakistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib. Boyukmillet.com xəbər verir ki, Pakistan Müdafiə Nazirliyinin “Facebook” səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda apardığı əməliyyat videoları yayımlanıb, baş verən hadisələrlə bağlı 4 paylaşım edilib.

Read More »

Azərbaycanda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edildi

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənəd qəbul edib. Trend-in məlumatına görə, hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası çağırılıb. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı …

Read More »

Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi – VİDEO

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq …

Read More »

#Azerbaycan #Ermenistan savaşında #Bakü’den çok özel röportaj…

https://www.youtube.com/watch?v=vbOdBY1mkrg Sabah saatlerinde başlayan Azerbaycan Ermenistan savaşında Karabağ’da ki son durumu değerlendirdik… Konuklarımız ise #Azerbaycan Bakü’den Azerbaycan Toplumsal Politika Uluslararası Araştırma Merkezi Başkanı Samir Adıgüzelli ve Gazeteci, Yazar aynı zamanda Batı Azerbaycan Topluluğu Ankara Temsilciliği Basın Sözcüsü, İpsiz Medya yazarı Oktay HacıMusali Bey’di.

Read More »

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyi əhaliyə çağırış edib. Boyukmillet.com xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov jurnalistlərə açıqlamasında bu barədə danışıb. “Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”,-deyə A.Eyvazov əlavə edib.   O bildirib ki, Ermənistan silahlı qüvvələrinin …

Read More »

Prezidentin köməkçisi: “Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.  Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli …

Read More »

Ermənistanın müdafiə naziri ölkədən qaçdı

Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi cəbhəboyu təxribatdan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib. Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” …

Read More »