Şənbə , 7 Noyabr 2026

Gündəm

Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb olub

Azərbaycan Ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. FHN-dən “Report”a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə – İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın …

Read More »

“Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb” – Polkovnik-leytenant

“Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir”. BOYUKMILLET.COM-nun məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib. A. Eyvazov deyib ki, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən könüllülər qorxaraq döyüşə girməkdən imtina edir: “Bunun əvəzində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılır. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Fizuli istiqamətində düşmənin müqaviməti qırılıb və …

Read More »

Azərbaycanda daha 114 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 114 nəfər sağalıb, 80 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 40 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 68 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə …

Read More »

Azərbaycanda daha 110 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 127 nəfər sağalıb, 110 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 40 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 684-dür. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 469, bu günə …

Read More »

MN: Madagizdəki Ermənistan əsgərləri döyüşə girməkdən imtina edir və qaçırlar

 “Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub”. Boyukmillet.com xəbər verir ki bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.  “Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu …

Read More »

İraqlı deputat: “Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik”

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”. Bunu “Report”a açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) ölkə parlamentində təmsil edən millət vəkili Aydın Maruf deyib. Onun sözlərinə görə, Ermənistan artıq 30 ildir Azərbaycanın sülh çağırışlarına məhəl qoymadan dünyanın gözü qarşısında cinayət işləməyə davam edir: “Bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən bir addım belə geri addım atmadı. Onların sərhəd bölgəsində mülkü əhaliyə qarşı törətdikləri cinayət …

Read More »

Bakıda və regionlarda ictimai nəqliyyat adi rejimdə fəaliyyət göstərəcək

Sentyabrın 28-dən “Hərbi vəziyyətin elan edilməsi haqqında” fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək. Bu barədə “Report”a Dövlət …

Read More »

Əfqanıstan XİN: Dağlıq Qarabağın işğalına son qoyulmalıdır

“Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında davam edən şiddətli toqquşmalar nəticəsində insan itkilərinə və dağıntılara görə təəssüfünü və narahatlığını bildirir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in bəyanatında bildirilib.  “Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir və beynəlxalq səviyyədə də belə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan hökuməti …

Read More »

Bakı metrosu adi rejimdə fəaliyyətini davam etdirəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC adi rejimdə fəaliyyət göstərəcək. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı metropolitenə xüsusi tapşırıq verilib. Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq xəbəri təsdiq edib: “Bakı metrosu adi rejimdə işləməkdə davam edəcək”.  Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı …

Read More »