Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Nazim Əliyev vəzifəsindən azad olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Read More »Bu gündən SMS icazənin müddəti 3 saat oldu
Boyukmillet.com xəbər verir ki, bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır. Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.
Read More »14 şəhər və rayonda sərtləşdirilmiş karantin rejimi davam edəcək
Bu gündən başlayaraq Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Boyukmillet.com Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq: 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust …
Read More »Azərbaycanda koronavirusa yoluxanlar KƏSKİN AZALDI – 5 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8200 …
Read More »Milli Məclisin qapı-pəncərələrini sındıranların bir qismi həbs edildi
Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib. Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət …
Read More »DİN-dən sosial şəbəkələrdəki paylaşımlarla bağlı – Açıqlama
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra pul müqabilində buraxılmalarına dair iddialara cavab verib. DİN-dən Open.az-a daxil olan məlumatda deyilir: “Sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı …
Read More »Sabahdan Azərbaycanda bu bölgələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılır. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir. Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il …
Read More »Məşhur rus politoloqlar Tovuz haqda nələr dedi?
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı Rusiyanın məşhur siyasətçiləri, politoloqları və deputatları açıqlamalar verib. Boyukmillet.com onlardan bəzilərinin fikirlərindən ən maraqlı hissələri təqdim edir: Yevgeni Mixaylov, millətlərarası münaqişələr üzrə ekspert: “Biz KTMT-yə üzv olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın qəsdən bu təxribata əl atmasını anlamasını müşahidə edirik. Hər şeydə İrəvan günahkardır!» Konstantin Zatulin, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, …
Read More »MN: Azərbaycan Ordusu dağıdıcı gücə malik silahların yalnız cüzi hissəsini istifadə edib
“Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb. Ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub. Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb”. Bu fikirləri “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, təxribat məqsədilə Ermənistan silahlı qüvvələri …
Read More »Müdafiə Nazirliyi Ermənistanın sərhəddə təxribat törətməsinin səbəblərini açıqlayıb
“İyulun 12-si günorta saatlarından başlayaraq düşmən tərəfi həmişəkindən fərqli olaraq əvvəl Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz sahəsi istiqamətində yerləşən bölmələrimizi atəşə tutmağa başladı. Mövqelərlə yanaşı, sərhəddə yerləşən kəndlərin də atəşə tutulması prosesi baş verdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Tovuz istiqaməti Azərbaycan Ordusunun daimi nəzarətində olan və daim gündəmdə …
Read More »