Cümə , 27 Mart 2026

Gündəm

Hazırda Tovuz istiqamətində nisbi sakitlikdir – Müdafiə Nazirliyindən SON XƏBƏR

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məlumatı Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar.Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq.

Read More »

Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Boyukmillet.com xəbər verir ki, əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ” şüarını səsləndiriblər. Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.   

Read More »

Şəhid generalın anası: “Qürurluyam, onunla axırıncı dəfə danışanda dedi ki…”

“Axırıncı dəfə balamla bu ayın 10-u danışmışam. Beş aydı görmədiyim balamı indi şəhid kimi qarşılayacam”. Boyukmillet.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.  O, oğlunun qəhrəmancasına şəhid olmasından qürur hissi keçirdiyini deyir: “Mənim oğlum vətənpərvər idi. Balam Vətən yolunda şəhid oldu. Həm kədərliyəm, həm qürurlu. Poladın necə tərbiyəli, mədəniyyətli insan olduğunu hamı bilir. Mənimlə danışanda …

Read More »

Ermənistana məxsus döyüş texnikası belə məhv edildi – MN son dəqiqə xəbərini yaydı + VİDEO

Düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Read More »

Saytlarımız erməni hakerlərin hücumuna məruz qaldı

Erməni hakerlər Day.Az, Milli.Az, “Trend” BİA və Azernews-un saytlarına hücum ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib. O bildirib ki, genişmiqyaslı, intensiv hücum artıq bir neçə saatdır davam edir: “Texniki xidmət problemi aradan qaldırmaq üçün bütün imkanlara əl atıb. Hazırda yalnız bəzi istifadəçilərdə sözügedən saytlara giriş mümkündür. Müvəqqəti çətinliklərə görə oxuculardan üzr istəyirik”.

Read More »

İSBAM-rəhbəri sosial şəbəkə istifadəçilərinə müraciət etdi

İSBAM rəhbəri Samir Adıgözəlli Tovuzda gedən döyüşlər haqqda video çıxış edib. Video çıxış zamanı ordumuzda və xalqımızda yüksək döyüş ruhunun olduğunu bildirib. Sosial şəbəkələrdə həssas zamanda təxribatçı paylaşımlara yol verilməməsi üçün, Samir Adıgözəlli sosial şəbəkə istifadəçilərinə diqqətli olmaları üçün müraciət edib. Boyükmillet.com olaraq video çıxışı sizə təqdim edirik.

Read More »

Erməni vəhşiliyi: “Tovuzda mülki şəxs axşam yeməyi zamanı öldürülüb” – VİDEO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun evində olub. “Report”un Tovuz rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub. “Məlum olduğu kimi, bir neçə gün …

Read More »

Cəbhədən son xəbər – Ermənilərin uçuş aparatı və artilleriya heyəti məhv edildi

“Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, …

Read More »

Şəhid mayor Namiq Əhmədov dəfn olunub

Ermənistanın təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib.  Vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.  Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz …

Read More »