Bu gün Tovuz rayonunda Ermənistan tərəfindən edilmiş təxribatın qarşısı Azərbaycan ordusu tərəfindən alınıb. Boyukmillet.com xəbər verir ki, nəticədə Azərbaycan ordusunun 3 əsgəri şəhid olub. Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən orduya kütləvi şəkildə dəstək xarakterli paylaşımlar edilir. Hazırda İranın Təbriz şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilir. Videonu təqdim edirik:
Read More »“Layiq olduqları cavabı aldılar” – Azay Quliyev
“Bu gün ermənistanın Tovuz istiqamətində silahlı təxribatının qarşısını alan zaman qəhrəmancasına Şəhid olan Əsgərlərimizə Allahdan rəhmət diləyirəm”. Boyukmillet.com xəbər verir ki, millət vəkili Azay Quliyev bu gün Ermənistan-Azərbaycan sərhədində düşmənin mövqelərimizi hücumu və onun nəticələri ilə bağlı Facebook səhifəsində yazıb. A.Quliyev “Xalqımızın başı sağ olsun! İşğalçılar layiq olduqları cavabı aldılar və bundan sonra da alacaqlar” deyə bildirib.
Read More »İSBAM RƏHBƏRİ SAMİR ADIGÖZƏLLİDƏN CƏBHƏDƏKİ VƏZİYYƏTLƏ BAĞLI AÇIQLAMA
Müdafiə Nazirliyindən verilən məlumata əsasən bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Hadisə ilə bağlı İSBAM rəhbəri Samir Adıgözəlli, ordumuzun şəhid olan hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verdiyini bildirib. Yaralı əsgərlərə isə Tanrıdan şəfa diləyib. …
Read More »Rəsmi Bakıdan cəbhədəki vəziyyətlə bağlı bəyanat: “Məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”
“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə …
Read More »Ermənistan Tovuzda atəşkəs pozuntusunu əsl müharibəyə çevirdi – düşmən artilleriyanı da işə qoşdu
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib: “Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”. Ermənilərin belə təxribatlara məhz indiki məqamda əl atmaları …
Read More »Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı “Rerpot”a bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Onun sözlərinə görə, əməliyyat şəraiti …
Read More »Müdafiə Nazirliyi: İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən “Report”a verilıən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir …
Read More »Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, itki var
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, hər iki tərəfdən itki var.Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.İctimaiyyətə əlavə məlumat veriləcək.
Read More »Xalq artisti koronavirusa yoluxdu
Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxub. Boyukmillet.com xəbər verir ki, hazırda xalq artisti xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Heydər Əliyev Fondu xanəndənin səhhəti ilə bağlı məsələni nəzarətə götürüb. Xalq artistinin vəziyyəti normaldır.
Read More »Gürcüstandan təxliyə olunacaq azərbaycanlılarda koronavirus aşkarlanmayıb
Gürcüstandan Azərbaycana təxliyə olunacaq ölkə vətəndaşlarının heç birində koronavirus aşkarlanmayıb. Qeyd olunub ki, sabah saat 10:00-da 200 Azərbaycan vətəndaşının səfirliyin binası qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılması təmin olunacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar