Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər. Boyukmillet.com. xəbər verir ki, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub. Bundan başqa, mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin …
Read More »Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Azərbaycanda səfərdədir
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Astraxan” hərbi gəmisi ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Read More »Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən təlimlər barədə məlumat yayıb
Türkiyənin Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini – 2021” təlimi uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimləri uğurla icra edən bütün hərbçiləri təbrik edirik”, – məlumatda vurğulanıb. Konya’daki 3’üncü Hava Jet Üs Komutanlığımızın ev sahipliğinde gerçekleşen ve Azerbaycan Hava Kuvvetleri unsurlarının da katıldığı TURAZ Şahini-2021 Tatbikatı başarıyla …
Read More »Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. …
Read More »“Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar” HƏRBİ EKSPERT ŞƏRH ETDİ
Azərbaycanın, Türkiyənin və Pakistanın silahlı qüvvələrinin birgə keçirdiyi təlimin çox böyük əhəmiyyəti var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, hər üç qardaş ölkənin iştirakı ilə keçirilən bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında bir tövhə rolunu oynayır. “Türkiyə ordusu da, Pakistan ordusu da dünyanın ən güclü ordularından biridir. Pakistan ordusu eyni zamanda …
Read More »Türkiyə MN Hulusi Akarın Kərim Vəliyevlə görüşü ilə bağlı məlumat yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb. Boyukmillet.com -un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. H.Akar Türkiyənin “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı …
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin müdafiə naziri ilə görüşüb
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, …
Read More »Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu agentliyi yayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra …
Read More »Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb
Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib. Təlimlərdə fərqlənən hərbi qulluqçulara …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
