Cümə , 12 Dekabr 2025

Hərbi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-da aviasiya bazasını ziyarət edib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya …

Read More »

Azərbaycan MN: “Təəssüf edirik ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”

“Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk …

Read More »

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Noyabrın 30-u saat 19:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Hərbi hissənin yaradılmasının 160 illiyi münasibətilə tədbir keçirilib

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxunub. Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə …

Read More »

Erməni silahlıları Azərbaycan Ordusunun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 29-u saat 18:10-da …

Read More »

NATO polkovniki: “Azərbaycan Silahlı Qüvvələri böyük tərəqqiyə nail olub”

Azərbaycan Silahlı Qüvvələri (SQ) böyük tərəqqiyə nail olub”. Boyukmillet.com xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Bakıda keçirilən “NATO günləri”ndə deyib. “Nail olduğu böyük tərəqqiyə görə Azərbaycan Silahlı Qüvvələrini təbrik etmək istəyirəm. Silahlı Qüvvələrin müxtəlif komponentləri Əməliyyat Potensialı Konsepsiyası sayəsində uğurla tam döyüş qabiliyyəti səviyyəsinə çatıb. Bu, böyük nailiyyətdir”, – polkovnik …

Read More »

Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun …

Read More »

Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 28-də ölkəmizin ABŞ-dakı səfirliyində olub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma …

Read More »

Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyi hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!

Read More »