Şənbə , 13 Dekabr 2025

Hərbi

Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. …

Read More »

General: “Azərbaycan müharibədə Ermənistana qarşı “Bodiqard” əməliyyatına oxşar aldatma fəaliyyəti nümayiş etdirib”

“Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi “Bodiqard” əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi: “Çünki oktyabrın əvvəllərində …

Read More »

Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb. “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkəcəklər. Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə …

Read More »

Erməni silahlıları Azərbaycan Ordusunun Şuşa istiqamətlərində yerləşən mövqelərini atəşə tutub

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan …

Read More »

Hərbi-siyasi ekspert: Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi

Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ordu quruculuğu, bu istiqamətdə atılan addımlarla bağlı mühüm fikirlər səsləndirib, tarixi həqiqətlərə toxunub. Güclü ordu quruculuğu Ulu Öndərin əsas vəsiyyəti idi. Hazırda Azərbaycan Ordusu özünü tam təsdiqləyib. Cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu …

Read More »

Sarıbabada aşkarlanan minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Monitorinq Mərkəzi məlumatlandırılıb

Sarıbabada aşkarlanan minalarla bağlı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar. Qeyd edək ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi aşkarlanıb. Minalar Ermənistanda …

Read More »

Erməni silahlıları Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalıdakı mövqelərini atəşə tutub

Noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 22-si saat 09:17-dən 14:48-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən …

Read More »

Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin …

Read More »

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzuli və Xocavənddəki mövqelərini atəşə tutub

Noyabrın 21-i saat 10:00-dan saat 14:25-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”

“Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda qeyd edilib.

Read More »