Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni …
Read More »Azərbaycan Ordusunun mayoru vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu vəfat edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, o, noyabrın 17-də səhər saatlarında yaşadığı ünvanda hemorragik insult səbəbindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!
Read More »MN: “Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda fəaliyyətlərinin qarşısı alınıb”
Noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi …
Read More »Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni …
Read More »Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Caunşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
Read More »Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun …
Read More »Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığıda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.Sizin acınız bizim də acımızdır. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
